Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU-da “Açıq Qapı” günü keçirilib

AzTU-da “Açıq Qapı” günü keçirilib


Newscenter.az.15.01.2019. Yanvarın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) qış imtahan sessiyasının gedişiylə tanış olmaq üçün mediatur təşkil edilib. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, mediaturda universitetin İctimai Şurasının üzvləri, valideynlər və KİV nümayəndələri iştirak edib.
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov bildirib ki, universitetdə imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir. Qeyd olunub ki, universitetdə əvvəllər yalnız “Xüsusi texnika və texnologiya” fakültəsinin, SABAH qruplarının tələbələri və magistrlar yazılı imtahan verirdi. Lakin hazırda I, II və III kursda oxuyan bütün tələbələrdən də imtahanlar yazılı şəkildə götürülür.

Xalıq Yahudov onu da qeyd edib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası təşkil olunub. Qiymətləndirmədən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait yaradılıb. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir.

Sonda təhsil ekspertləri, media nümayəndələri və valideynlər universitetin Heydər Əliyev Mərkəzində toplanıb və imtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.

Məlumat üçün bildirək ki, AzTU-da qış imtahan sessiyasasında 8519 nəfər tələbə iştirak edir. İmtahanların keçirilməsində şəfaflığın təmin olunması üçün universitetin tədris-köməkçi heyyətindən təşkil olunmuş 105 nəfər nəzarətçi kordinator sesiyaya səfərbər edilib.
Xəbəri paylaş