Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diaspor sədrindən maraqlı təklif

Diaspor sədrindən maraqlı təklif


Newscenter.az.15.01.2019. “Cənab Prezident ən doğru qərarlardan birini verdi. Sonuna qədər alqışlayıram. Heç kimə lazım olmayan, sadəcə vəsait itkisi olan qurumları ləğv etdi”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev dövlət başçısının bu günlərdə həyata keçirdiyi struktur islahatlarına münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, cənab prezident haqlı olaraq bir çox qurumlarının isə nazirliklərə və digər qurumlara birləşdirilməsinə qərar verdi:

“Mən də illərdir həm diaspora işində fəaliyyət göstərən bir şəxs olaraq, həm də Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri olaraq təklif edirəm ki , əslində elə bir ehtiyac olmayan Diasporla İş üzrə Dövlət Komitəsi ləğv edilib Xarici İşlər Nazirliyinə verilsin.Yaxud 1-ci vitse prezidentin aparatında belə bir qurum yaradılıb o quruma tabe etdirilsin. Mehriban xanım və qızı Leyla xanım illərdir lobbiçilik , Azərbaycanın tanıdılması istiqamətində böyük işlər görür. Məncə böyük vəsait ayırıb Komitə saxlamağa ehtiyac yoxdur. O vəsaiti sosial təminatı zəif, şəhid , qazi , əmək qabiliyyətindən məhrum olmuş ailələrinin uşaqlarının xaricdə təhsilinə yönəldilsin. Bu uşaqların dövlət hesabına xaricə gedib təhsil alması elə ən böyük diaspora fəaliyyəti olar”.
Xəbəri paylaş