Newscenter.az.15.01.2019. Türkiyənin Giresun Üniversitetinin keçmiş rektoru professor Aygün Attar və 24-cü dönəm İqdırdan Böyük Millət Məclisinə deputat seçilmiş doktor Sinan Oğan Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində olublar.
Newscenter.az-ın xəbərinə görə, qonaqlar Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Közhan Yazqan və liseyin müdiri Eylem Gültekinlə görüşüb, təhsil ocağının fəaliyyəti ilə maraqlanıblar. Professor Aygün Attar və Sinan Oğan TDAV-ın qurucusu mərhum Turan Yazganla bağlı xatirələrini bölüşüblər.
Qonaqlar belə bir təhsil ocağında olmaqdan çox qürur duyduqlarını ifadə ediblər.