Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

AzTU-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib


Newscenter.az.18.01.2019. Yanvarın 18-da Azərbaycan Texniki Universitetində (AzTU) Qanlı Yanvar faciəsinin 29-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Newscenter.az-a təhsil ocağından bildirilib ki, tədbirdə əvvəlcə faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AzTU-nun prorektoru, professor İsa Xəlilov 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəblərindən, ağır mənəvi, psixoloji və sosial nəticələrindən danışıb. Prorektor bildirib ki, “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc və günahsız insanların Sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələrin xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm, hüzn günü kimi, həm də qürur və iftixar hissi ilə xatırlanacaq. Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. İndi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib.

Daha sonra AMEA Tarix İnstitutunun “Azərbaycan sovet dövrü tarixi” şöbəsinin müdiri çıxış edərək, bu hadisələrə zəmin yaradan tarixi faktlardan danışıb.
Xəbəri paylaş