Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT-nin baş katibi XİN rəhbərlərinin Paris görüşünü müsbət qarşılayıb

BMT-nin baş katibi XİN rəhbərlərinin Paris görüşünü müsbət qarşılayıb


Newscenter.az.18.01.2019.
BMT-nin baş katibi Antonio Quterreş ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkilatçılığı ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında yanvarın 16-sı Parisdə keçirilən görüşü müsbət qarşılayıb.

Newscenter.az-a təşkilatın Bakı ofisindən daxil olan məlumata görə, baş katib uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı razılaşma və sülh yolu ilə həll edilməsi üçün tərəflərin davamlı öhdəliyini yüksək qiymətləndirir və əhalinin sülhə hazırlanmasına dair konkret tədbirlərin görülməsinin zəruriliyi barədə nazirlərin razılaşmasını alqışlayır.

Baş katib, Birləşmiş Millətlər Təşkilatının ATƏT-in Minsk qrupunun mühüm vasitəçilik səylərini tam dəstəklədiyini bir daha vurğulayıb.
Xəbəri paylaş