Newscenter.az.18.01.2019. Bu yazını müharibə şəraitində, çox çətin şərtlər altında yaşayan
həmyərlilərimə, düşmənlə sərhəddin İki yüz metrliyində yerləşən kəndimizin şəhidlərinin timsalında bütün şəhidlərə ithaf edirəm.
(Bu hekayə, cəbhə bölgəsində yerləşən sərhəd kəndlərinin birində baş vermiş real hadisələr əsasında yazılıb)
Tələsik yerindən sıçradı, əl- üzünü yuyub , paltarını geyinib evdən çıxdı.Gecikirdi, yatıb qalmışdı.Anasının:-Yeməyini ye, sonra get deməyini-,heç eşitmədi də. Məktəbə, son zəngə hamıdan tez çatmağa tələsirdi.Bu gün onunçün məktəb son zəngini çalacaqdı. Fəqan ailələrinin böyük oğluydu, özündən üç yaş balaca bir qardaşı bir də anası ilə ,birgə uçulub töküləcək kimi görünən köhnə, birmərtəbəli iki balaca otaqdan ibarət evdə yaşayırdı. Atası çoxdan ,onun üç yaşı, qardaşı qırx günlük olanda ağır bir xəstəlikdən dünyasını dəyişmişdi. Anaları Sənəm arvad onları zülümlə, saxladığı mal- qaranıın ağartısını , toyuq-cücəsini satmaqla böyütmüşdü.Fəqan atasını erkən itirdiyindən, evin yükü onun da balaca çiyinlərinədüşmüşdü. Dərsdən gələn kimi anasının köməyinə çatar,gücü çatan bir işin qulpundan yapışmağa çalışardı. Mal-qaranı kəndin kənarındakı üzüm bağının yaxınlığındakı otlağa aparar, bir də şər qarışanda onun kimi mal qara otaran kənd uşaqları ilə danışıb gülə- gülə evə qayıdardı.
Dərslərini pis oxumurdu, amma ali təhsil haqqında da düşünmürdü. Nə əlavə hazırlıq dərslərinə,nə də təhsil, kirayə haqlarını vərməyə gücləri çatmayacağını bilirdi. Özünə söz vermişdi ki, anasını əziyyət çəkməyə qoymayacaq, kənddə özünə uyğun bir işlə məşğul olub, qardaşını oxudacaqdı. Özündən üç sinif aşağı oxuyan qardaşının dərslərinə nəzarət edir,evin bütün ağır işlərində anasının hayına çatırdı. Fəqangilin kəndi sərhəd bölgəsində,düşmənlə iki yüz mətrlik bir məsafədə yərləşirdi. Kəndin camaatı müharibə başlayandan bir gün də olsun əvlərindən çıxmamışdılar. Güllə başlarına dolu kimi yağan günlərdə də ölümlərini gözlərinə alaraq,"gədib kimin qapısında qalaq, kimə möhtac olaq, ondandısa öz evimizdə ölərik"- deyib addımlarını əvlərindən qırağa qoymamışdılar. Əkin- biçinlərini gecələr ay işıgında ətməyə çalışardılar ki, düşmən tərəfin gülləsinə tuş gəlməsinlər.
Bu kənddən neçə-neçə dinc adam öz əvində kasıbçılığıyla məşğul olduğu vaxt düşmən gülləsinə qurban gətmişdi.Bu kəndin camaatı nəçə şəhid vərmişdi, amma öz yurd yuvalarını tərk ətməyi ağıllarından bələ keçirməmişdilər.Fəqan məktəb həyatının bu son gününü doya-doya yaşamaq istəyirdi, yoldaşlarıyla bəlkə də heç vaxt bütün sinif bir yərdə ola bilməyəcəkdilər. Həmin gün bəlkə də Fəqandan çox şənlənən, rəqs edən , dostları ilə deyib gülən yoxuydu. Bir sinifdə oxuduğu Zərrindən yaman xoşu gəlirdi, ürəyində heç vaxt hiss etmədiyi ilıq sevgi duyğularıürəyini yavaş-yavaş isitməyə başlamışdı.Son zəngdən sonra Zərrinlə evə bir yerdəqayıtdılar.Yol boyu gələcəkdən, arzularından danışmaqdan doymadılar.Fəqan həç vaxt kənddən qırağa çıxmamışdı,onunçün dünya, rayon mərkəzindən çox uzaq, cəmisi yüz ,yüz əlli evdən ibarət olan bu balaca kənddən ibarət idi.Amma televizorda Bakını, onun göz qamaşdıran işıqlarını, dənizi görəndə ürəyindən həç olmazsa bircə dəfə bu səhirli şəhəri görmək arzusu keçərdi. Bir dəfə anasının yanında televizorda Bakını göstərəndə elə yanıqlı ah çəkdi ki, Sənəm arvadın ürəyinin başına od düşdü:-ahın daglara ay bala, niyə elə ah çəkdin-dedi:-Kaş bircə dəfə Bakıya gədib oranı görəydim-deyib, anasıın vaxtsız
agarmış saçlarına, üzündəki dərin qırışlara baxıb tez də, "zarafat edirəm ay, ana, nə var ey Bakıda" sözü dəyişdi. Bakıya getməyə pulları nə gəzirdi, belə deyib anasının ürəyinə bir dərd də bunu qoymaq istəmədi. Sənəm arvad " təki istədiyin elə Bakı olsun, ay Fəqan"-deyib, oğlunun kürəyini nəvazişlə sığalladı.
Dayısıgil Bakıda yaşayırdılar, amma dayısı kəndə çox gec -gec gələrdi.Anası şəhərə gedən olanda onlara hərdən gücü çatandan kənd payı göndərərdi. Bir səhər anası :
-Hazırlaş, Ceyhunla axşam qatarıyla Bakıya gedirsən,dayıngildə iki- üç gün qalıb, gəzib gələrsən.Anası dayısı ilə nə vaxt danışmışdı,pulu hardan tapmışdı, Fəqanın bunlardan xəbəri olmamışdı.Fəqanın uçmağa qanadı yoxuydu, ilk dəfə kənddən çıxıb , Bakı boyda bir şəhəri görəcəkdi, gözləri yaşarmışdı, anası kasıb canıyla onun bu arzusunu yerinə yetirməyə çalışmışdı.Ceyhun əmisi oğlu idi. Yaşıd idilər,uşaqlıqdan bir yərdə böyümüşdülər, sirləri, sözləri bir idi. Axşam özlərinə bir- iki yüngül paltar, bir də anasının dayısıgilə qoyduğu pay-puşu da götürüb, qonşuları Eldarın maşınıyla dəmiryol vağzalına çatdılar.O,heç vaxt qatara minməmişdi, vağzal görməmişdi. Gördüyü hər şeyona maraqlı gəlir, sevindiyindən arada Ceyhunu dürtmələyir, "qaqa,kef elə, cənnətdəyik"-deyə zarafat eləyirdi. Səhər təzdən Bakıya çatdılar, dayısı qarşılayacaqdı onları. Uzaqdan onları görən kimi irəli yeriyib gülə-gülə onu qucaqladı " ə bacoğlu,yekə kişi olmusan ki"- dedi.Dayısı gülərüz, istiqanlı adamıydı, yol boyu danışır, kənddəki adamların hamısınıbir-bir soruşurdu. Metronun qapısından içəri girən anda Fəqan elə gəldi ki, yeraltı möcüzələr səltənətinə ayaq basır,nağıllar aləminə səyahət edir. Dayısı əli ilə onun kürəyinə “şappıldadıb” "Eyy,bacıoğlu, hələ bu nədi çox şeylər görəcəksən"-dedi.
Başı göyə dəyən hündürmərtəbəli binaları görəndə matı-qutu qurudu. "Vay, dədəm, vay, dünyada nələr varmış" -deyib içini çəkdi. Ceyhunla üç gün Bakını gəzib dolaşdılar, dayısı oğlu onları özünün gəzməli maraqlı hesab elədiyi yerləri bir -bir gəzdirib göstərdi. Üç gündən sonra dayısıyla oğlu onları gəldikləri qatarla da yola saldılar. Bir- biriylə zarafatlaşır, danışıb -gülür, kəndə çatanda yaşıdlarına ,kəndin uşaqlarına nələr danışacaqlarını deyib bir- birinin sözünü kəsə- kəsə dil boğaza qoymurdular.
Bilətləri kupeyə idi. Yerlərinin biri, aşağıda, o biri yuxarıdaydı. Dayısı onları qatara mindirib, yerlərini tapmaqda kömək elədi.Əllərindəki çantalarını hərəsi öz yatagının küncünə qoyub oturdular. Saat səkkiz idi.Hələ yarım saat vardı qatarın yola düşməsinə.Dayısıyla oğlu onlarıqatara mindirib, gətmişdilər. Gedəndə dönə-dönə tapşırmışdı dayısı:- Bax, qatardan düşməyin ha ,qatar tərpənər, qalarsınız yerdə. Onlar içəridə istidən ürəkləri sıxılsa da , yərə düşməyə ürək eləmirdilər. Kupelərindəki qalan iki yərin sahibi hələ gəlməmişdi. Qatarın yola düşməyinə az qalırdı. İsti olsa da , veclərinə dəyildi, dayısının yolda yəməyə aldığı pirojnalardan məyvələrdən yəyir, vaqona yəni gələn adamlara maraqla baxırdılar.
Qatar ləngər verib yərindən tərpənməyə hazırlaşırdı, ki, qulaqbatıran fit səsi ilə birgə kupe yoldaşlarının içəri girməsi bir oldu. Yol -yoldaşları qucağında iki- üç yaşlı balaca oğlan uşağı olan cavan bir qadın idi. O, uzun ,az qala yerlə sürünən qırçınlı yubka , qolları dirsəyə qədər olan köynək geyinmişdi. Qara saçlı,iri qara gözləri olan dolu bədənli qarabuğdayı bir gəlin idi. Hiss olunurdu ki, təngnəfəsdi, qaçaraq güclə çatıb qatara.Əlindəki çantasını yerə qoyub, " on üçünçü yer burdadı" -deyə onlardan soruşdu. Fəqan çiynini çəkib Ceyhuna baxdı.Öz bilətlərinin də nömrəsini bilmirdilər. Dayısı onları qatara mindirəndə yərlərini onlara göstərib gətmişdi. Qadın, uşağı aşagıdakı yərlərdən birinin üstündəoturtdu. Əlindəki yelpiklə üzünü yelləyə-yelləyə onların ikisini də təpədən dırnağa qədər süzdü:- Ay uşaqlar, bəlkə içməyə suyunuz ola, qatara gəcikirdim, ala bilmədim uşaq su istəyəcək indi.
Fəqan dayısının aldığı su butulkasının birini çantasından çıxardıb ona uzatdı. Qadın butulkanı alıb, qapağını açdı , çantasından çıxardıgı balaca qalın stəkana süzüb uşağa içirtdi. Qatar, getdikcə sürətini artırırdı .Təkərlərin tıqqıtısı , beşik kimi yırğalanan vaqon uşağı yuxuladırdı.Çox keçmədi uşağın mışıltısı eşidildi.Qadın uşagı yatağa qoyub, özü dəçarpayının aşagı ucunda oturdu.Fəqanla Ceyhun kupenin onunla üzbəüz olan aşağı qatında yanaşı oturmuşdular.Hələ axşamdan idi. Həç kim indidən yatmaq istəmirdi. Qadın çantasını əşələyib bir dəstə kart çıxartdı:-Gəlin vaxtımızı bir az bununla öldürək.İkisi də birdən dilləndi;- Mən oynaya bilmirəm.
-Neynəmək olar, onda söhbət eləyin hardansız, kimlərdənsiz?
Onun danışığından, geyimindən qaraçı oldugu hiss olunurdu. Amma həmişə gördükləri, küçələrdə dilənən tipik qaraçılardan deyildi deyəsən.Qaraçı qadının dediyinə görə o, dilənmirdi, özünün də rayonların birində yaxşı ev- eşiyi, işi- gücü, kiçik magazası ,torpağı vardı. Ceyhun: "qaraçıların çoxu fala baxa bilir, dedikləri də deyirlər ki, çox vaxt düz çıxır"- deyəndə,qaraçı qadın gülümsəyib:- Mən də baxa bilirəm-dədi. Sonra əlini Ceyhuna uzadıb "ver əlini" dedi. Ceyhun Fəqana göz vurub əlini qaraçıya uzatdı:-amma pulumuz yoxdu verməyə.
Qaraçı qadın:-sizdən kim pul istəyir ki, ver əlini bura-deyib başladı fal açmağa:- Oğlan ,sənin çox gözəl taleyin olacaq, öz qohumlarından birini sevib evlənəcəksən, çoxlu uşağın olacaq.
Ceyhun eşitdiklərindən məmnun halda, "indi də Fəqana bax"- dedi.Fəqan gülə-gülə əlini qaraçıya uzatdı. Qaraçı Fəqanın əlini öz əlinin içinə alıb, diqqətlə baxdı. Ona ələ gəldi ki,qaraçı diksindi.Qaşları düyünlənmişdi qaraçının, onun əlinin içindəki xətlərdən gözünü çəkmirdi.
-hə, nə görürsən, de gəlsin-deyən Fəqanı elə bil ki, eşitmədi.Handan-hana: "Nə isə yaxşı görünmür" –deyib mızıldandı. Fəqan:-əşşi, nə görürsən,döşə gəlsin, onsuz da inanmıram"-deyib qaraçını ürəkləndirdi. Qadın dərindən nəfəs alıb:- Nə görürəm deyəcəm, amma çox da inanmayın-deyib Fəqanın üzünə baxmadan:- sənin ömür xəttin çox qısadı, yarıda qırılır.Sən ,on səkkiz yaşın tamam olan gün, toy paltarın qucağında,evdən toya gətməyə çıxacaqsan,amma toya yox,ölümə gedəcəksən.
Qaraçı bu sözləri birnəfəsə, sanki əvvəlcədən əzbərləmiş kimi təz tələsik deyib susdu.Araya uzun bir sükut çökdü. Heç biri danışmırdı. Qaraçı özü də sanki dediyi sözlərin təsiri altına düşmüşdü.Ceyhun yuxudan ayılan kimi oldu:- əşşi boş şeylərdi, fala inanma, faldan da qalma-deyib araya çökmüş bu cansıxıcı sükutu pozdu.
Qaraçının sözləri Fəqanı yaman tutmuşdu, ürəyinə bir kədər, sıxıntı dolmuşdu. Özünü o yerə qoymayıb,o da Ceyhunun dediklərini təkrarladı:-boş şeydi gələcəyi həç kim görəbilməz. Amma ürəyindəelə bil ki, nə isəqırılıb dagılmışdı, o qırıqları nə qədər çalışırdısa,bir yerə yıga bilmirdi.Hərə öz yerinə yatmağa uzandı, amma o gecə Fəqanın gözlərinə yuxu getmədi, Nə qədər çalışırdı qaraçının sözlərini başından çıxarda bilmirdi. Görəsən,niyə mənəelə çıxdı fal, bax Ceyhuna nə yaxşı sözlər dedi" səhərə qədər yatagında bu fikirlərlə çevrikdi.Səhər obaşdan stansiyaların birindəqaraçı onlarla sagollaşıb düşdü,amma Fəqanın rahatlıgını da özüylə apardı. Bakıya gedib qayıtmasından aylar keçmişdi. Bir müddət ,qatardakı qaraçı qadının ovcunun içindəki xətləri oxuyub ona dediyi sözləri xatırlamış, ürəyində bir səksəkə, narahatlıq qalsa da, ürəyindəki sıxıntını həç kimə dəyə bilməmişdi.Payızın gəlişilə işləri də çoxalmışdı. Qış üçün odun tədarükü görəcək, mal-qaralarına otehtiyatı yıgacaqdı. Buludlu, çıskınlı payız səhəriydi.Heyvanlarını örüşə ötürüb, kəndin arasındakı torpaq yolla evə qayıdırdı.Bu gün nədənsə qüssəliydi, səbəbini bilmədiyi bir kədər ürəyini sıxırdı.Həmişə kədərli olanda sevdiyi bir mahnını astadan oxuyurdu:
Uca dag başında, ceyran yol eylər,
Ürəyim başında tikan kol eylər,
Yaralıyam, dəymə, dəymə
Könlümün budağın əymə, əymə...
Kəndin ortasındakı ,camaatın içməli su götürdüyü bulağa çatanda hər əlində su dolu bir vedrə ilə su aparan bibisi qızı Sonanı gördü. Sona şən , zarafatcıl deyib-gülməyi xoşlayan qızıydı, ondan iki yaş böyük idi. Onu uzaqdan görən kimi:- Ay Fəqiş, bayram şəkərburasına dönmüsən yənə, haralardasan, nəynirsən?- şən, cingiltli səsiylə onu hayladı. Fəqan bacısı olmadıgından, onu özünə bacı bilirdi, qohum əqrəbada xətrin istədiyi adamlardan bəlkə dəən birincisiydi.İrəli yüyürüb , vədrələri onun əlindən alıb, özü götürdü. Sonayla uşaqlıqda elədikləri dəcəlliklərdən, kənddəki son xəbərlərdən danişa-danışa bibisigilin doqqazına çatdılar.
Sona bir az Zərrindən danışıb onu xeyli tərifləyəndən sonra:-İnşəAllah əsgərliyə get- gəl toyunda ayaqyalın oynayacaq bacın" deyib, toyda oynayırmış kimi yırğalandı. Fəqan toy söhbəitini eşidəndə qüssəli gözləriylə ona baxıb, " nə bilim, qismət"- deyib, ondan ayrılmaq istədi. Sona :-sən Allah, niyə beləqəmginsən nolub sənə,:- deyəndə, nə vaxtdı ürəyini sıxan, həmin gündən özünə dərd elədiyi,qatardakı qaraçının ona dədiklərini Sonaya danışdı. Sona məhribanlıqla onun çiyninə toxunub:-Qadam, ürəyinə gör nəyi salmısan ey mən də dedim görən nolub? Fəqiş,sən bilmirsən ki, onlar oğru, fırıldaq şeydilər? Allah bilir ki, nəyinizisə gözaltılıyıb oğurlamaq
istəyirmiş, ələ dəyib ki fikirləşəsən ,başın qarışa ,çırpışdıra əlinə kəçəni.Onun sözləri Fəqanın ağlına batdı.Bu qız qədər də aglım yoxdu, neçə aydı bir qaraçının sözü girinc ələyib məni. O, Sonayla bu söhbətindən sonra,qatardakı qaraçını da, onun falını da unutdu.
Fəqan hardan biləydi ki, cəmi üç aydan sonra qaraçının sözlərini sonuncu dəfə xatırlayacaq. Kənddə vəziyyət yenə gərginləş mişdi.Düşmən dəmək olar ki,hərgün atəşkəsi pozurdu. Fəqangilin kəndindəki hərbi hissəyə hər gün canlı qüvvə, texnika gəlirdi.Gecələr atılan mərmilərin səsindən yer- göy lərzəyə gəlirdi. Qarşı tərəfdən atılan güllələr kənd camaatının evlərinin qapı pəncərəsini dəlik-deşik edirdi,elə günlər olurdu ki,camaat evindən qapı-bacasına çıxa bilmirdi.Düşmən tərəf bir nəçə dəfə hücuma keçsə də, qarşısı alınmışdı.Bizim hərbçilərə bu kəndə təhlükə yaradan, kəndi atəş altında saxlayan qarşı tərəfəəks-hücuma kəçmək əmri verilmişdi. Düşməni bir qədər geri oturtsaydılar, kənd camaatının yaşayışı da asanlaşacaqdı. İki gün davam edən uğurlu əməliyyatdan sonra, düşmən əlindəolan qonşu kənd azad edildi. Həmin kəndə indi bizim əsgərlər nəzarət edirdilər. Kənddə daha atəş səsləri eşidilmirdi.Kənd cammatı yənidən dinc həyatına qayıtmışdı, öz gündəlik qayğıları, həyət-baca işləri ilə məşgul ola bilirdilər.İki gün sonra Fəqanın qonşu kənddə yaşayan xalası oğlunun toyu olacaqdı. Anası qardaşına da,
Fəqana da təzə paltar almışdı. Hər ikisinin paltarını ütüləyib,səliqə ilə dolaba asmışdı. Anası iləqardaşı toy günü səhər təzdən , o isəhəyət-bacanı əvi , mal-qaranı rahatlayandan sonra gedəcəkdi.Xalası oğluyla onun ad günü eyni günədüşmüşdü təsadüfən.
Səhər təzdən oyanmışdı, bu gün işlərini hər günkündən təz bitirməliydi, nə qədər təz qurtarsa işlərini, toya da bir addım tez gedəcəkdi. Anasıyla qardaşı təzdən gətmişdilər.Toy elə xalasıgılın həyətində, özləri qurduqları çadırda olacaqdı.Bəlkə Zərrin də gedəcək, görəsən onları toya çagırıblar? çoxdandı görmürəm onu gəlsəydi yaxşı olardı fikirləri iləişlərinini qurtarmaga çalışırdı.Günortadan bir az keçmişdi, o son işlərini görüb, geyinməyi düşünürdü. Toyuq-cücəni hinə, mal- həyvanı yərinə salıb qabaqlarına ot tökdü. İndi tez yaxalanıb gəyinmək olardı.İri qazanda su qızdırıb yuyundu, tələsik qurulanıb həyətdən evə keçdi.Paltarını dolabdan çıxarıb,çarpayısınınüstünə qoydu, əli ilə köynəyini, şalvarını tumarladı, məktəbi bitirəndən təzə paltar almamışdı özünə. Geyinməyə hazırlaşırdı ki, Ceyhun hay-küylə içərigirdi:-Xəbərin var, kəndin uşaqlarından çoxu gizlincəermənidən aldığımız kəndə keçirlər, ermənilər qaçanda tanklarını, toplarını nə qədər döyüş sursatlarını atıb qaçıblar gedək biz dəbaxaq.Fəqan başqa vaxt olsaydı düşünmədən razılaşardı, döyüş maşınları, silahları həmişə onu maraqlandırıdı. Amma indi toya gətməliydi deyə:-Yox, qaqa, mən toya gedirəm, həm də bizi ora buraxmayacaqlar.
Ceyhun:- mən üzüm bağlarının arasıyla gizli yol bilirəm, heç kim bizi görməyəcək, paltarını yığ bir şeyə, gedək baxaq, elə orda bir yerdə dəyişib gedərsən bir dəevə qayıtmazsan.
Fəqan bir az tərəddüd etsə də, maraq güc gəldi, həm də Ceyhunun təklifi ağılabatan idi, paltarını orda dəyişə, toya vaxtında çatacaqdı.Paltarlatını səliqə ilə qatlayib, səllofan torbaya yıgdı…Günəşin sönük şüaları yavaş -yavaş üfüqdə görünməz olurdu...
Onlar üzümlüklərin arası ilə, hərbçilərdən gizlənə-gizlənə düşməndən azad olunmuş kəndəgirdilər. Kənd xarabalıga oxşayırdı,Yandırılmışevlərin qalıqları hələdətüstülənirdi. Dagılmış, yandırılmış evlər, hər tərəfəsəpələnmiş avtomat patronları, bir nəçə lüləsi gövdəsindən aralanmış toplar, yerdəki hələ qurumamış qan izləri adamı vahıməyə salırdı. Səssizlik, gördüyü bu qorxunc mənzərə Fəqanı üşərgələndirdi, gəlməyinə
peşman olmuşdu.
-Gəl gedək, daha gecdi, hava qaralacaq bir azdan-dedi .Ceyhun bir qədər aralıdakı alçaq təpəni göstərib:- Sən burda gözlə, mən o təpənin arxasında görüm nə var, deyəsən orda tank vurublar. Ceyhun təpənin arxasında gözdən itdi.Fəqan topun qopmuş lüləsinin içinəbaxır, onu yərdən qaldırmaga çalışırdı arada Ceyhun gədən tərəfə boylanırdı.Yuz metr aralıda yeganə salamat qalmış ev görünürdü. Fəqana elə gəldi ki, evin yan tərfində kimsə görünüb yox oldu. Qulağına ona tanış olmayan dildə danışıq səsləri gəldi.Ola bilməz, axı kənd bizimkilərdədi , yoxsa...
Ağlına gələn fikirdən qorxdu. Gözü lləəmisoğlunu axtardı,Ceyhun təpənin arxasında yox olmuşdu.Tez burdan getmək lazımdı.artıq təhlükədə olduqlarını hiss edirdi. Evin arxasından üç nəfər çıxaraq ona tərəf istiqamət götürmüşdülər. Hərbi geyimdəydilər çiyinlərində avtomatları görünürdü. Yerə qoyduğu paltarı olan torbanı götürüb, qaçmağa başladı.Ona rus dilində "dayan" deyən saqqalı avtomatını ona tuşlamışdı.On,on beş addım aralanmışdı ki,avtomatın şaqqıltısını eşitdi.Ürəyi az qalırdı sinəsini yarıb çıxsın,ayağı yerdəki daş parçasına ilişərək,səndirlədi, az qala üzü üstə yıxılacaqdı, özünü toplayıb, yenidən qaçmaq istədi. Qəfil açılan atəşdən qulaqları uğuldadı,kürəyindəeləbil ki ocaq çatdılar, yandırıcı ağrı bədənin hər tərəfinəyayıldı.Ləngərləyib, kökündən qopmuş ağac kimi yıxıldı.İsti bir şeyin çiyinlərindən aşagı, qollarına sinəsinə axdıgını hiss edirdi. Gözləri yavaş-yavaş yumulur, şüuru itirdi. Son gücünü toplayıb, tərpəndi,durmağa çalışdı, qucağında sıxıb saxladıgı sellofan torba xışıldadı.Paltar olan torbanı yıxılanda da əlindən buraxmamışdı.Zəifləməkdə olan şüuru ələ bil ki,birdən aydınladı, zəhnindən qaraçının qatarda ona dədiyi sözlər ildrım kimi keçdi: "toy paltarın qucagında,ölüməgedəcəksən".
Gözləri işıgını itirib,öləziyirdi, tor içində görünüdü hər yer. Avtomatlılar başının üstündə dayanmışdılar, biri ona tərəf əyildi, nə isə dedi,əlində tutdugu bıçağın parıltısı gözlərindəəks olundu. Bu, onun eşitdiyi axırıcı səs, gördüyü son parıltı oldu.
Fəqanın meyitini bir həftədən sonra çox çətinliklə ala bildilər.Nəçə şəhid vermiş kənd adamları hələ beləvəhşilik görməmişdilər.Quduzlaşmış cəlladlar yaralı Fəqanı amansızlıqla qətlə yetirmişdilər. Onun meyiti görənləri dəhşətə gətirmişdi.Meyitin başı bədəndən ayrılmış, dərisi soyulmuşdu.O, Ceyhunla kəndə girməmişdən bir nəçə saat əvvəl, bizim hərbçilər müvəqqəti kəndi tərk edərək, geri çəkilmişdilər.
Ceyhunun bundan xəbəri olmamışdı.Özü isə çox çətinliklə xilas ola bilmişdi. Onu kənd qəbristanlığında, hündür bir təpənin üstündə dəfn ətdilər.Bura ziyarətə gələnləri Fəqanın qara mərmərə həkk olunmuş,kədərli gözləri ilə baxan, qollarını köksündə çarpazlamış şəkli qarşılayır .Sanki toy paltarını qucaqlayıb, gedib çata bilmədiyi toya getməyə hazırlaşırmış kimi…
Sara İBRAHİM