Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əfqanıstanla miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Əfqanıstanla miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib


Newscenter.az.25.01.2019. Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynov ilə Əfqanıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Xeyrullah Spelanay arasında görüş keçirilib.

Newscenter.az Xidmətə istinadən xəbər verir ki, Xidmət rəisi son illər iki dövlət arasında iqtisadi və siyasi əlaqələrin daha da möhkəmləndirilməsini, bugünkü görüşün gələcəkdə miqrasiya sahəsində də əməkdaşlığın güclənməsinə töhfə verəcəyini bildirib. Vüsal Hüseynov ölkəmizə səfər edən əcnəbilərin qeydiyyatı və yaşaması ilə bağlı rahatlığının təmin edilməsi, turizm baxımından cəlbediciliyin artması və sahibkarlığın inkişafının dəstəklənməsi məqsədi ilə ötən il miqrasiya sahəsində yeni qanunvericilik layihəsinin qəbul edilməsini diqqətə çatdırıb.

Səfir Azərbaycanın artan iqtisadi potensialını yüksək qiymətləndirərək görüşün qarşılıqlı əməkdaşlığın inkişafında böyük töhfələr verəcəyinə əminliyini bildirib. Cənab Xeyrullah Spelanay Əfqanıstanın bütün istiqamətlər üzrə Azərbaycan dövləti ilə əlaqələrin gücləndiriliməsində maraqlı olduğunu, eləcə də Azərbaycanda təhlükəsizlik şəraitində yaşayan Əfqanıstan vətəndaşlarının hüquqlarının qorunması, qanunvericilik tələblərinə uyğun olaraq əmək fəaliyyəti ilə məşğul olmaları üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib. Görüşdə iki dövlət arasında miqrasiya sahəsində qarşılıqlı gələcək əməkdaşlıq və digər məsələlər barədə müzakirələr aparılıb.
Xəbəri paylaş