Newscenter.az.29.012019. Fevralın 3-də Niderland Krallığının Antverpen şəhərində “Avropadakı azərbaycanlı gənclər” adlı tədbir keçiriləcək.
Newscenter.az xəbər verir ki, tədbir Niderland və Belçikada yaşayan azərbaycanlıların Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutacaq. Tədbirin məqsədi Belçika və Hollandiyada yaşayan gənclərin gələcəkdə birlikdə fəaliyyət göstərməsidir.
Qeyd edək ki, tədbirin rəsmi hissəsindən sonra iştirakçılar üçün Koordinasiya Şurasının üzvlərindən olan, “Odlar Yurdu- Azərbaycan-Niderland” Təşkilatının sədri Firəngiz Bağırovanın ifasında mini konsert də nəzərdə tutulub.