Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sosial şəbəkələrdən heç də xoş olmayan məqsədlər üçün istifadə olunur

Sosial şəbəkələrdən heç də xoş olmayan məqsədlər üçün istifadə olunur


Newscenter.az.7.02.2019. “Ölkəmizin əldə etdiyi iqtisadi-siyasi nailiyyətlər, Azərbaycanda güclü xalq hakimiyyət birliyinin formalaşması və bir vəhdət təşkil etməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əldə olunan hüquqi, hərbi üstünlüklər anti-azərbaycançı, ermənipərəst dairələri həddindən çox narahat edir və onlar məhz radikal ünsürlər vasitəsilə ölkəmizdəki siyasi sabitliyi pozmağa cəhd göstərirlər”.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Tahir Süleymanov səsləndirib. O, bildirib ki, bəzi maraqlı xarici qüvvələrin oyuncağına çevrilmiş, ölkə daxilində özünü “müxalifət” qismində təqdim etməyə cəhd göstərən dağıdıcıların ölkəmizdə bərqərar olan demokratik prinsiplərə kölgə salmaq üçün ermənipərəstlərin “mətbəx”ində hazırlanan yalanları yaymağa çalışması, bu məqsədlə aksiyalar keçirməsi isə onların siyasi kimliyini bir daha üzə çıxarır. Yəni bu kampaniyalar Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi “ortaq tədbirlər”dir:

“Bu prosesdə sosial şəbəkələrin imkanlarından geniş istifadə olunur. Sosial şəbəkələrin müsbət cəhətləri çox olsa da, təəssüf ki, ondan heç də xoş olmayan məqsədlər üçün istifadə olunur. Belə ki, ölkəmiz haqqında yalan məlumatlar yayılır. İnsanların şərəf və ləyaqəti təhqir olunur və s. Bunlar yolverilməzdir. Azərbaycan cəmiyyəti haqlı olaraq belə hallara qarşı kəskin etirazını bildirir”.
Xəbəri paylaş