Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərdəkan-Qala avtomobil yolunun tikintisi yekunlaşıb

Mərdəkan-Qala avtomobil yolunun tikintisi yekunlaşıb


Newscenter.az.8.02.2019. 55 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5.4 km-lik Mərdəkan-Qala hissəsinin bərpası yekunlaşıb.

Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, layihəyə uyğun olaraq avtomobvil yolunun II texniki dərəcəyə uyğun bərpa olunub. Bunun üçün frez maşını ilə asfalt-beton örtüyü profilə salınıb, yolun deformasiyaya uğramış hissələri 50 min kub.m həcmdə qazılaraq çıxarılıb. Qazılmış, genişləndirilmiş və relyefdən aşağı olan hissələrin karbonat materialı ilə hissə-hissə doldurularaq kipləşdirilməsi işləri aparılıb. Bu işlərin həcmi 66 min kub.m-dir.

Kommunikasiya xətlərinin keçirilməsi üçün yolun altından 350 mm diametrində və 190 paqon-metr uzunluğunda ehtiyyat borular atılıb. Optimal-çınqıl qarışığı ilə 22 sm hündürlükdə əsasın alt layının və qum-qırmadaş qarışığı ilə 16 sm qalınlıqda əsasın üst layının təmiri aparılıb. Bu işlər 87 min kv.m sahəni əhatə edib. Ndaha sonra əlaqələndirici bitum səpilməklə asfaltlanma işləri görülüb. İri və xırda dənəli olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri təqribən 60 min kv.m sahəni əhatə edib.
Xəbəri paylaş