Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib

 Fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib


Newscenter.az.13.02.2019. Ümumi təhsil müəssisələrində fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib. Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunmuş seminarların əsas məqsədi fiziki tərbiyə müəllimlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onlarla vəzifə öhdəlikləri ilə bağlı müzakirələr aparmaq və şagirdlərin idmana olan marağının artırılması üçün müəllimlərə metodiki dəstək verməkdən ibarətdir.

Paytaxtın 12 inzibati rayonu üzrə təşkil olunmuş seminarlarda fənnin məzmunu, strategiyası, dərs planlaşdırması, dərs prosesinin daha yaxşı təşkili, qiymətləndirmədə müxtəlif üsul və vasitələrdən istifadə zamanı müəllimlərin qarşılaşdıqları problemlərin həlli yollarının müəyyənləşdirilməsi barədə söhbətlər aparılıb, müəllimlərə müvafiq tövsiyələr verilib.

Seminarların sonunda mövzu ətrafında müəllimlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Xəbəri paylaş