Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda 60%-ə qədər zənginləşdirilmiş 440 kq uran var

İranda 60%-ə qədər zənginləşdirilmiş 440 kq uran var


Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) hesab edir ki, İranda təxminən 440 kq 60%-ə qədər zənginləşdirilmiş uran ola bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə beynəlxalq təşkilatın baş direktoru və BMT-nin baş katibi vəzifəsinə namizəd Rafael Qrossi bildirib.

“Orada böyük bir nüvə materialı ehtiyatı var. Agentliyin müfəttişlərinin hazırda İranın nüvə obyektlərinə çıxışı yoxdur. Buna görə də, digər məsələlərlə yanaşı, bu çıxışı bərpa etmək çox vacibdir. Başqa bir məqam da var. Nüvə materialları hələ də oradadır”, - deyə agentlik direktoru qeyd edib.

Qeyd edək ki, MAQATE-yə görə, nüvə silahı istehsal etmək üçün uranı 90%-ə qədər zənginləşdirmək lazımdır və təxminən 42 kq 60%-ə qədər zənginləşdirilmiş uran tək bir nüvə silahı yaratmaq üçün nəzəri cəhətdən kifayətdir.


Anar
Xəbəri paylaş