Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqtondan başlayıb Cənubi Qafqazda davam edən strateji tərərfdaşlıq

Vaşinqtondan başlayıb Cənubi Qafqazda davam edən strateji tərərfdaşlıq


ABŞ-ın Azərbaycan üzərindən Türk dünyasının inteqrasiyasına verdiyi töhfə

“Cənubi Qafqazda daşlar yenidən nizamlanır, oyun qaydaları formalaşır. Yeni oyun qaydalarında, regionda yeni dövrün tələblərinə uyğun nizamın formalaşmasında Azərbaycan hər zaman olduğu kimi əsas aktor rolunu oynayır. Bu günlərdə Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaz regionuna, xüsusilə də Azərbaycana səfəri, Bakıda imzalanan “Strateji Tərəfdaşlıq Xartiyası” fonunda bunu aydın şəkildə gördük”.

Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin sədri İlham İsmayılov səsləndirib. İctimai birlik sədri deyib ki, Vensin səfəri əslində ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Onun sözlərinə görə, keçən ilin avqustunda Vaşinqtonda əsası qoyulan bu mərhələ əslində yenu Ağ Ev administrasiyasının həm regiona, həm də Azərbaycana olan münasibətinin dəyişdiyini göstərirdi.

İctimai birlik sədri deyir ki, Xartiyada əksini tapan məqamlar həm də Azərbaycanın İkinci Qarabağ Müharibəsində əldə etdiyi qələbənin, regionda yaratdığı yeni reallıqların Vaşinqton tərəfindən qəbul edilməsi, təsdiq olunması anlamını verir:

“Məhz İkinci Qarabağ Müharibəsi ilə Azərbaycan regional sabitliyə töhfə verdi, bölgədə sülhün təmin olunmasını şərtləndirdi. Eyni zamanda terrorçuluq və separatizmə qarşı mübarizədə barışmaz olduğunu ortaya qoydu, Qarabağda separatizmin kökünü kəsdi. Ən nəhayət, sərhədlərinin təhlükəsizliyini təmin etdi. Əslində Azərbaycanın hərb meydanında qələbəsinin okeanın o tayında təsdiqi, keçən ilin avqust ayında Vaşinqtonda Trampın iştirakı ilə sülh müqaviıəsinin paraflanması ilə baş vermişdi. Bakıda imzalanan “Strateji Tərəfdaşlıq Xartiyası” isə bunu bir daha tarixiləşdirdi. Bir sözlə, Vensin səfəri, Birləşmiş Ştatların Cənubi Qafqaza, xüsusən də Azərbaycana marağının artması həm də Avrasiyanın güc xəritəsinin yenidən müəyyən edilməsi, qurulmasıdır.

Həm bu səfər, imzalanan Xartiya, həm də bundan əvvəl Vaşinqtonda sülh müqaviləsinin Trampın iştirakı ilə paraflanması əslində Azərbaycanın qalibiyyətinin tanınmasıdır”.

İlham İsmayılov hesab edir ki, ABŞ-Azərbaycan əlaqələrinin inkişafı, strateji tərəfdaşlığı istər-istəməz Vaşinqtonun Türk dünyası ilə inteqrasiyasını da gücləndirəcək:
“Əslində Birləşmiş Ştatlar da müəyyən mənada bu prosesdə maraqlıdır. Bir müddət əvvəl Vaşinqtonda Mərkəzi Asiya+Amerika sammitinin keçirilməsi də dolayı yolla bu məqsədə xidmət edirdi. Vaşinqtonda başlanan bu addım Cənubi Qafqazda davam edir. Zənəgəzur, (TRİPP) marşrutunun işə düşməsi ilə bu inteqrasiya, ABŞ-ın Cənubi Qafqazda Azərbaycan üzərindən Türk dünyası ilə əlaqələri daha da genişlənəcək. Hesab edirəm ki, dünyanın güc mərkəzi sayılan Amerikanın Azərbaycana verdiyi önəm, həm də Vaşinqtionun Türk dünyasına verdiyi önəmdir. Amerikanın yeni müttəfiqlər arasında Aərbaycanı görməsi əslində Birləşmiş Ştatların Türk dünyasına marağının göstəricisidir. Bu arada bir məqamı da xüsusi qeyd etmək yerinə düşərdi. Belə ki, Cey Di Vens Ermənistanda səfərdə olarkən qondarma erməni soyqırımı abidəsini ziyarət etsə də, lakin çıxışlarında bir dəfə də olsun həmin hadisə barədə danışmadı. Eyni zamanda Ağ Evin saytından qısa müddət ərzində Vensin qondarma abidəni ziyarət etməsi xəbəri yığışdırıldı. Bu da onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar hazırkı dönəmdə Cənubi Qafqazda Azərbaycana üstünlük verdiyi kimi, Türkiyənin də Yaxın Şərqdə oynadığı rolu qəbul edir, onu dəstəkləyir, Ankaraya Azərbaycan kimi strateji müttəfiq gözündə baxır. Bu baxımdan ən xırda detalı nəzərə alaraq bu müttəfiqliyə zərər gəlməsini istəmir. Vensin qondarma soyqırım abidəsini ziyarət etməsi xəbərinin də Ağ Evin saytından çıxarılması bunu təsdiqləyir”.

Süleyman
Xəbəri paylaş