Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir Azərbaycan şirkəti ATUİAB vasitəsilə Özbəkistanda fəaliyyət göstərəcək

Daha bir Azərbaycan şirkəti ATUİAB vasitəsilə Özbəkistanda fəaliyyət göstərəcək


Mərkəzi ofisi Özbəkistanda yerləşən Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) prezidenti Ruslan İmanzadə Azərbaycana səfəri çərçivəsində yerli iş adamları ilə bir sıra görüşlər keçirib. Keçirilən görüşlərdə ATUİAB sədri Özbıkistanın biznes mühiti, əsas investisiya yatırılmalı olan sahələr barədə azərbaycanlı iş adamlarına məlumat verib. Görüşlərdə Azərbaycan iş adamlarının Özbəkistanda fəaliyyət göstərməsinə ATUİAB-ın mümkün dəstəyi barədə də fikir mübadiləsi aparılıb.

Newscenter.az xəbər verir ki, ATUİAB prezidentinin növbəti görüşlərindən biri AZİN Technology MMC-nin rəhbərliyi ilə olub. Şirkətin rəhbəri Feyzulla Babayevlə ATUİAB prezidenti Ruslan İmanzadə arasında keçirilən görüşdə mümkün əməkdaşlıq imkanları müzakirə edilib. Ruslan İmanzadə AZİN Technology MMC-nin Özbəkistana açılımında ATUİAB-ın dəstək verə biləcəyini deyib.

Məlumat üçün qeyd edək ki, AZİN Technology MMC 2005-ci ildən etibarən informasiya texnologiyaları və təhlükəsizlik sistemləri sahəsində fəaliyyət göstərir. Yarandığı gündən əsas istiqaməti təhlükəsizlik sistemlərinin satışı, layihələndirilməsi və quraşdırılması olmuşdur. Şirkət zəif axın sistemləri, videomüşahidə, yanğın siqnalizasiya, girişə nəzarət və digər müasir təhlükəsizlik həlləri üzrə ixtisaslaşmışdır. Fəaliyyət dövründə bir sıra dövlət və özəl sektor obyektlərində layihələr həyata keçirmişdir. Müasir texnologiyaların tətbiqi və beynəlxalq standartlara uyğunluq şirkətin əsas prinsiplərindəndir. Peşəkar mühəndis heyəti və texniki personal layihələrin yüksək keyfiyyətlə icrasını təmin edir.

Şirkətin rəhbəri Feyzulla Babayevdir. O, şirkətin təsisçisi və uzun illərdir ki, direktor vəzifəsini icra edir. Onun rəhbərliyi ilə şirkət bazarda etibarlı tərəfdaş kimi tanınmışdır. Feyzulla Babayev idarəetmədə innovativ yanaşmaya və müştəri məmnuniyyətinə xüsusi önəm verir. O, təhlükəsizlik və İT sahəsində yeniliklərin tətbiqini daim diqqətdə saxlayır. Hazırda şirkət onun rəhbərliyi altında fəaliyyətini genişləndirərək yeni texnoloji həllərin tətbiqini davam etdirir.

Süleyman
Xəbəri paylaş