Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

5 mart Bədən Tərbiyəsi və İdman Günü tədbirləri Gəncədə keçiriləcək

 5 mart Bədən Tərbiyəsi və İdman Günü tədbirləri Gəncədə keçiriləcək


Newscenter.az.14.02.2019. 5 mart-Bədən Tərbiyəsi və İdman Günü tədbirləri bu il fərqli formatda qeyd ediləcək.

Bu barədə məlumatı Newscenter.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova verib. O, bildirib ki, Gəncə şəhəri Avropanın idman paytaxtı elan olunduğu üçün bu il 5 mart-Bədən Tərbiyəsi və İdman Günü tədbirlərinin Gəncə şəhərində daha geniş formatda keçirilməsi nəzərdə tutulub.

Bu məqsədlə həmin tarixdə Gənclər və İdman Nazirliyinin rəhbərliyi, millət vəkilləri, idman federasiyalarının rəhbərləri Gəncəyə səfər edəcək və kütləvi tədbirlərdə iştirak edəcəkər.
Xəbəri paylaş