Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ-də “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş etdirilib

 Aİİ-də “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş etdirilib


Newscenter.az.18.02.2019. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 18 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi tərəfindən lentə alınan “Xocalıda məhv olmuş 8 ailə” filminin nümayişi keçirilib.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Aİİ rektoru Ceyhun Məmmədov mərasim iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında imzaladığı Sərəncama və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq edilən “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı”na əsasən, tədris müəssisəsinin gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. C.Məmmədov bildirib ki, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi yeddi il ötür.

O, həlak olmuş şəhid ailələrinin və əlil düşmüş insanların daim Azərbaycan Dövlətinin qayğı və diqqəti ilə əhatə olunduqlarını, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov çıxış edərək bildirib ki, hədəfimiz Xocalı soyqırımı həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdırmaqdır. Professor qeyd edib ki, bu səpkili tədbirlər, anım mərasimləri Azərbaycan xalqının sıx birliyini, şəhidlərinin xatirəsinə ehtiramını, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əzmini nümayiş etdirir.

“Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, Qarabağ veteranı Səriyyə Cəfərova tədbirdə çıxış edərək faciənin ictimaiyyətə çatdırılmasında, sosial və siyasi aspektinin mahiyyətinin gənclərə aşılanması istiqamətində “Xocalıda məhv olmuş 8 ailə” filminin lentə alındığını bildirib.
Sonra S. Cəfərova filmin lentəalınma məqsədi, Xocalı mövzusunda sənədli filmlərin araya-ərsəyə gəlməsi haqqında məlumat verib.

Tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində törətdiyi soyqırımından bəhs edilmiş filmin nümayişi keçirilib, Aİİ tələbələrinin iştirakı ilə bədii hissə davam etdirilib.
Xəbəri paylaş