Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Təhlükəsiz yol, yaxşı yol” layihəsi iştirakçıları imtahan verdi

“Təhlükəsiz yol, yaxşı yol” layihəsi iştirakçıları imtahan verdi


Newscenter.az.18.02.2019. Layihə müddətində iştirakçılara şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. digər mövzularda qeyri – formal təhsil metodundan istifadə olunaraq təlimlər və praktiki məşğələlər keçrilib.

Newscenter.az xəbər verir ki, Binəqədi Gənclər Evində layihə iştirakçılarının öyrəndiklərini yoxlamaq məqsədilə imtahan təşkil olundu, iştirakçılar ilk dəfə sükan arxasına əyləşərək təlim avtomobili idarə etdilər. Layihənin sonunda 30 nəfər gəncə şəhadətnamə təqdim olundu.

Layihə rəhbəri, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyevin qeyd etdiyinə görə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən layihənin icrasının başlıca məqsədi gənc sürücü və piyadaların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.

Layihə müddətində iştirakçılar Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Rəvanə Əliyeva, BNA-nın mətbuat katibi Mayis Ağayev, texnika üzrə fəlsəfə doktoru, polkovnik Əziz Talıbov, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov kimi ekspert qonaqlarla görüşmək imkanı əldə ediblər.

Yol hərəkəti ilə bağlı nəzəri təlimlər “BELC” təhsil kompleksinin direktoru, layihənin təlimçisi Xalidşah Səlimov tərəfindən keçirilib.
Xəbəri paylaş