Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bərdədə məcburi köçkünlər qanvermə aksiyasında iştirak ediblər

Bərdədə məcburi köçkünlər qanvermə aksiyasında iştirak ediblər


Newscenter.az.14.03.2019. Bərdə rayonu ərazisindəki 866 ailəlik yaşayış kompleksində qanvermə aksiyası təşkil olunub.

Newscenter.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Mərkəzi Qan Bankının Bərdə bölməsinin xüsusi tibb briqadasının həkim-hemotoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan nümunələri götürüblər. Toplanmış nümunələr irsi qan xəstəliklərindən əziyyət çəkən məcburi köçkünlərin müalicəsində istifadə ediləcək.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdədəki nümayəndəsi Yunis Məmmədov və Mənzil İstismar Sahəsinin rəisi Surxay Hüseynov aksiyanın təşkilində fəallıq göstəriblər.
Bu cür aksiyalar Bərdə rayonunun məcburi köçkünlər yaşayan digər qəsəbələrində də keçiriləcək.
Xəbəri paylaş