Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli İnsanovun Ən Yeni Azərbaycan Partiyası (ƏYAP) yaratmaq təşəbbüsü gülüş doğurur

Əli İnsanovun Ən Yeni Azərbaycan Partiyası (ƏYAP) yaratmaq təşəbbüsü gülüş doğurur


Newscenter.az.1.04.2019. “Prezidentin əfv sərəncamı əsasında həbsdən çıxmış eks-nazir Əli İnsanovun Ən Yeni Azərbaycan Partiyası (ƏYAP) yaratmaq təşəbbüsü sadəcə və sadəcə gülüş doğurur. Adamın məhdud siyasi təfəkkürü yalnız buna imkan verdi ki, həbsdən çıxmağından qısa bir ara sonra məhz bu cür əcaib siyasi proje ilə çıxış etsin”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, bildirib ki, bu çox təxribatçı addımdır:

“Səbəb də bəllidir. Azərbaycan xalqı arasında geniş sosial bazaya malik olmadığını və cəmiyyətin bütün təbəqələrindən həlledici siyasi dəstək ala bilməyəcəyini yaxşı bilən Ə.İnsanov yalnız regionçuluq amilinə və birdə siyasətin arxivinə atılmış perspektivsiz şəxslərə söykənməyə, istinad etməyə məcburdur. Bu adamın YAP-a qarşı ƏYAP adlı qondarma siyasi qurum yaratmaq cəhdi bir daha onun mənəvi-siyasi dönüklüyünü təsdiqləyir. Bu həm də Heydər Əliyevə qarşı dönüklükdür. Dönük adamın böyük siyasətdə uğur qazanması isə müşkül məsələdir, qeyri-mümkündür. İstər adi həyatda, istərsə də siyasətdə mənəvi dəyərlərə, siyasi əxlaq anlayışına önəm verən azərbaycanlılar dönüklərə heç vaxt dəstək verməzlər”.
Xəbəri paylaş