Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fuad Qəhrəmanlının qızını döyən şəxs müxalifətin mitinqlərinin fəal iştirakçısı olub-FOTOLAR

Fuad Qəhrəmanlının qızını döyən şəxs müxalifətin mitinqlərinin fəal iştirakçısı olub-FOTOLAR


Newscenter.az.19.04.2019.
"Fuad Qəhrəmanlının qızına qarşı törədilən zorakılığı qəti şəkildə pisləyirəm. Cəmiyyəti belə çirkin oyunlara sürükləyənləri isə lənətləyirəm"

Newscenter.az xəbər verir ki, bu fikirləri “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov səsləndirib. Ancaq İctimai Birlik sədri baş vermiş hadisə ilə bağlı bəzi məqamlara da aydılnlıq gətirib:

"Deməli bir neçə gün öncə, Tural Qarayev adlı məxluq küçədə gənc qıza (fərqi yoxdu, qızcığaz kimdi, kimin qızıdı) qarşı zorakılıq törətdi. Həmin an sosial şəbəkədə bu məxluqun YAP üzvü olduğu dövriyyəyə buraxıldı. İctimai fəaliyyətlə məşğul olan şəxs kimi məsələni araşdırmağı özümə borc bildim. Həmin videoya bir neçə dəfə baxdıqdan sonra qərara gəldim ki, bu varlıq anlaqsız birisidi. YAP-da olan əlaqələrim vasitəsi ilə Turalın heç vaxt YAP üzvü olmadığını dəqiqləşdirdim"
Fuad Qəhrəmanlının qızını döyən şəxs müxalifətin mitinqlərinin fəal iştirakçısı olub-FOTOLAR

Arzuman Abdulkərimov deyib ki, əksinə qarşısına müəyyən məlumatlar çıxıb:

"Tural deyilənin müxalifətin bütün tədbirlərində iştirak etməsi. “Məhsul” stadionundakı mitinqlərdə iştirakı. Müxalif liderlərlə və onlara yaxın şəxslərlə sıcaq görüntüləri”. İctimai Birlik sədri deyib ki, uşaqlar hər bir valideynin zəif və həssas yeridir: “Gəlin belə çirkin oyunlara övladlarımızı alət etməyək”.
Fuad Qəhrəmanlının qızını döyən şəxs müxalifətin mitinqlərinin fəal iştirakçısı olub-FOTOLAR

Fuad Qəhrəmanlının qızını döyən şəxs müxalifətin mitinqlərinin fəal iştirakçısı olub-FOTOLAR
Xəbəri paylaş