Newscenter.az.22.04.2019. Azərbaycandakı biznesini Avropaya transfer edən, qoca qitənin müxtəlif ölkələrində saysız-hesabsız sərvətə malik olan məmurlarımız sırasında AZAL şefi Cahangir Əsgərovun da adı yer alır. Avropada yaşayan soydaşımız Cavanşir Həsənlinin apardığı araıdırmaların nəticəsi olaraq Cahangir Əsgərovun Avropadakı çoxsaylı mülkləri üzə çıxıb. Newscenter.az həmin araşdırma materialına istinadən xəbər verir ki, AZAL prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərova Londonda daha bir şirkət açıb.
Sənədlərə görə 1983-cü il avqust təvəllüdlü, Bakı şəhəri Bülbül prospekti 18 ünvanında qeydiyyatda olan Cəmilə Əsgərovya aid SOROKA LIMITED bu ilin yanvarın 16-da qeydiyyatdan keçib və 11770826 saylı lisenziya alıb. Qeydiyyat ünvanı 15 Bury Walk, London, United Kingdom, SW3 6QD göstərilir.
Şirkətin xüsusu ticari fəaliyyətlə məşğul olacağı qeyd olunur.
Cəmilə Əsgərovanın Londondakı digər şirkəti GAZELLI INTERNATIONAL LIMITED (qeydiyyat nömrəsi 06401786) hələ 2007-ci ilin 17 oktyabrından fəaliyyətdədir və baş ofisi eyni ünvanda (15 Bury Walk, London, SW3 6QD) yerləşir. GAZELLI INTERNATIONAL LIMITED ətriyyat və kosmetik vasitələrin topdan satışı, reklam fəaliyyəti ilə məşğuldir.
GAZELLI INTERNATIONAL LIMITED-in reyestrə daxil olan 31 oktyabr 2017-ci ilə aid maliyyə hesabatına görə, şirkətin ümumi aktivlərinin həcmi 14 miyon 141 min 159 funt sterlinq və ya 18.4 milyon dollar təşkil edib.
AZAL şefinin 1987-ci il təvəllüdlü digər qızı Məlahət (Mila) Əsgərovanın da Londonda şirkətləri var. Onun rəhbərlik etdiyi GAZELLI ART HOUSE LIMITED (qeydiyyat nömrəsi 07319737) 20 iyul 2010-cu ildən fəaliyyətdədir. Qeydiyyat ünvanın: 52 New Town, Uckfield, East Sussex, United Kingdom, TN22 5DE.
Şirkətin 1 oktyabr 2018-ci ildə reyestrə daxil olan maliyyə sənədlərinə görə, qarışıq aktivlərinin həcmi 31 milyon 495 min 464 funt sterlinq və ya 41 milyon dollar olub. Bunun 19 milyon 586 min 380 funt sterlinqini daşınmaz əmlaka yatırılan investisiya təşkil edib.
Məlahət Əsgərovaya aid SET INTELLIGENCE LIMITED (qeydiyyat nömrəsi 09822931) 2016-cı il sentyabrın 13-də qapadılıb.
14 noyabr 2013-cü ildə qeydiyyatdan keçmiş C3 - CIII LIMITED şirkəti (qeydiyyat nömrəsi 08775767) isə 2018-ci ilin yanvarın 23-də fəaliyyətini dayandırıb.
AZAL şefinin həyat yoldaşı Zərifə Həmzəyevanın Tiflisdəki və Batumi şəhərində tikdirdiyi 31 milyon dollarlıq oteli barədə də geniş yazılıb.
Amma bunlar hamısı deyil, Cahangir Əsgərovun ispan və ingilis damadlarının da adlarına çoxsaylı şirkətlər var. Həm də damad statusu qazanandan sonra açdıqları şirkətlər.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.