Newscenter.az.23.04.2019. Təhsil naziri Ceyhun Bayramov İstanbul Texniki Universitetinin (İTU) rektoru Mehmet Karaca ilə görüşüb.
Nazirlikdən Newscenter.az-a bildirilib ki, görüşdə, həmçinin İTU-nun rektor köməkçisi Lütfihak Alkpan və İTU-nun Memarlıq fakültəsinin dekanı Mehmet Murat Gül iştirak edib.
Görüşdə İTU ilə Azərbaycanın ali təhsil müəssisələri arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
R.Mehdiyeva