Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərbaycan Diaspor Könüllüləri" proqramı təqdim edildi

"Azərbaycan Diaspor Könüllüləri" proqramı təqdim edildi


Newscenter.az.25.04.2019. Nizami Kino Mərkəzində "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimatı keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Heydər Əliyev Fondunun “Regional İnkişaf İctimai Birliyi”nin təmsilçisi Cəmil Əliyev, "ASAN xidmət"in aparat rəhbəri Azad Cəfərli və könüllülər iştirak ediblər.

Təqdimat Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlayıb.

Tədbirin moderatoru - Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı rəsmi qonaqları və könüllüləri salamlayıb. O, diqqəti son bir il ərzində Dövlət Komitəsinin gördüyü işlərə cəlb edərək, qurumun fəaliyyətini əks etdirən videoçarxı təqdim edib.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, həm Ümummilli lider Heydər Əliyevin gənclərə böyük önəm verməsi, həm də Azərbaycan Prezidenti İlham Əliyevin bu il Gənclər Gününə həsr olunmuş respublika toplantısında söylədiyi "Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır.Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər" fikri belə proqramın meydana çıxması ilə nəticələnib.

O, söyləyib ki, dövlət başçısının siyasi iradəsilə ölkəmizdə güclü könüllülər hərəkatı formalaşıb: "Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva hər zaman könüllülərin fəaliyyətini yüksək qiymətləndirirlər".

"Azərbaycan Diaspor Könüllüləri" proqramının başlanmasından danışan Fuad Muradov qeyd edib ki, bu təşəbbüs bütün dünyadakı Azərbaycan diaspor hərəkatının güclənməsində vacib rol oynayacaq.

Komitə sədri xüsusilə vurğulayıb ki, Vətənimizin müstəqil dövlət kimi möhkəmlənməsi və qüdrətli ölkəyə çevrilməsi anti-Azərbaycan qüvvələrini, əsasən də erməni lobbisini çox narahat edir. Azərbaycanın dövlət müstəqilliyinə təhdidlərin qarşısının alınması isədiaspor məsələsində yeni yanaşmanın tətbiqini tələb edir.

Azərbaycan gəncliyinin Dövlət Müstəqilliyinin əldə olunmasında və qorunmasında göstərdiyi şücaəti və fədakarlığı xatırladan Fuad Muradov bildirib ki, diasporun gəncləşməsi məsələsi gündəmdədir. Bu baxımdan "Azərbaycan Diaspor Könüllüləri" proqramıçox aktualdır. Gələcəkdə isə bu işi digər dövlət qurumları ilə yaxından əməkdaşlıq etməklə daha səmərəli şəkildə həyata keçirmək olar.

O, proqrama qatıldıqları üçün könüllülərə təşəkkürünü bildirib:"Savadlı, bilikli, vətənpərvər gənclər Dövlət müstəqilliyimizin qorunub saxlanılmasında böyük rol oynaya bilərlər. Bu, ilk görüşümüzdir. Amma digər dövlər qurumlarının təmsilçilərilə birgə sizinlə tez-tez görüşəcək və suallarınıza cavab verəcəyik.Bu proqrama qatılan gənclər könüllü kimi təcrübə qazanacaqlar. Adətən ali məktəbi bitirən gəncin iş təcrübəsi olmur. Bu cür proqramlarda iştirak etməklə gənclər həm təcrübə qazanacaq, həm də onların adlarının daxil olduğu məlumat bazası yaradılacaq".

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev bu təşəbbüsü alqışladığını bildirib. O, Diasporla İş üzrə Dövlət Komitəsinin gənclərlə təşkil etdiyi görüşlərdə məmnuniyyətlə iştirak etdiyini deyib. Ü.Quliyev qeyd edib ki, diaspor könüllüsü olmaq çox məsuliyyətli işdir və bu proqramın başlanmasının müsbət nəticə verəcəyinə inanır.

Gənclər siyasətinin aparılması üçün qanunvericilik bazasının mövcud olduğunu xatırladan millət vəkilinin fikrincə, könüllülük təşəbbüsü "ASANxidmət"in fəaliyyətində özünü tamamilə doğruldub:"Könüllülük fəaliyyətinin ilkin mərhələsində iştirak edənlərin bir çoxunun artıq dövlət orqanlarında təmsil olunması müsbət addımdır. Azərbaycan gəncliyinin ictimai-siyasi və mədəni həyatda fəal iştirak etməsi sevindiricidir".

Deputat gəncləri yüksək səviyyədə təhsil almağa, sağlam həyat tərzi sürməyə, milli maraqlara xidmət etməyə çağırıb.

Nazir müavini İntiqam Babayev deyib ki, Prezident İlham Əliyevin gənclərə ünvanlanmış bütün tövsiyələrində vətənpərvərlik əsas yer tutur. O, bildirib ki, ölkəmizdəki könüllülər hərəkatı xarici tərəfdaşlarımızda əsl qibtə hissi oyadır və bu fəaliyyət beynəlxalq arenada çox yüksək qiymətləndirilir.

İntiqam Babayev qeyd edib ki, "ASAN", Formula-1 könüllüləri artıq brendə çevrilib və diaspor könüllülərinin də bu adı qazanacaqlarına ümid edir: "Biz könüllüləri daha çox irimiqyaslı tədbirlərdə görürük. Siz Azərbaycanın gənc səfirlərinə çevrilirsiniz. Tam şəffaf şəkildə bu proses aparılıb və siz də artıq könüllük hərəkatına qoşulursunuz".

O, deyib ki, gəncliyin təhsil alması, sözünün eşidilməsi üçün ölkədə hər bir şərait mövcuddur: "Biz könüllülərimizi dünya miqyasına da çıxarmaq istəyirik".

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Diaspor Komitəsini və könüllüləri yeni proqram münasibətilə təbrik edib: "Yalnız bizim doğma dilimizdə "könüllülər" sözünün kökündə "könül" sözü dayanır. Bu, təmənnasız fəaliyyətdir. Amma könüllülər şəbəkələnmə, yeni bilgilər əldə etmək imkanı qazanırlar".

F.Əliyev bildirib ki, Gənclər Fondu ilə Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı nəticəsində könüllülərin festivalı keçirilib. Festivalda 6 könüllü hərəkatının təqdimatı olub.

O, hesab edir ki, "Azərbaycan Diaspor Könüllüləri" proqramı da könüllülük hərəkatının təşviqinə xidmət edəcək.

H.Əliyev Fondunun “Regional İnkişaf İctimai Birliyi”nin təmsilçisi Cəmil Əliyevtəmsil etdiyi qurumun fəaliyyətindən ətraflı danışaraq,diaspor könullülərinə uğurlar arzulayıb.

"ASANxidmət"in aparat rəhbəri Azad Cəfərli təmsil etdiyi qurumun adından diaspor könüllülərini təbrik edib:"Biz könüllülərə ayrılmaz tərkib hissəmiz kimi baxırıq. 18 mindən çox könüllünün potensialı ortaya qoyulub. Hər mərkəzdə 80-90 könüllü fəaliyyət göstərir, 1000-dən çox könüllü işlə təmin olunub".

A.Cəfərli qeyd edib ki, könüllülərə "məmurların innovativ nümunəsi" kimi baxırlar:"Artıq bir sıra xarici ölkələrdə bizim "ASAN xidmət"in nümunəsi tətbiq olunur. Biz gələcəkdə könüllülərin daha fəal olacaqlarına inanırıq. Bu, davamlı prosesə çevrilib. Diaspor könüllüləri ilə əməkdaşlıq etməyə və təcrübəmizi bölüşməyə hazırıq".

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyevtəmsil etdiyi qurum haqqında ətraflı məlumat verib. O, hər bir könüllünü Fondla əməkdaşlığa və öz layihəsini təqdim etməyə dəvət edib.

"Azərbaycan Diaspor Könüllüləri" proqramının koordinatoruBəxtiyar Rəhimov bildirib ki, proqrama 609 gənc müraciət edib. Onların 95 faizi Bakıda, 3.5 faizi regionlarda, 1.5 faizi isə xaricdə yaşayan azərbaycanlı gənclərdir. Proqrama uyğun olaraq gənclər könüllülük fəaliyyəti, Azərbaycan diaspor hərəkatı, dünya azərbaycanlıları və sair haqqlnda ətraflı məlumat alacaqlar. Proqramda tam iştirak edən gənclərə Diasporla İş üzrə Dövlət Komitəsinin sertifikatı veriləcək.

Qeyd edək ki, "Azərbaycan Diaspor Könüllüləri"nin devizi "Bir addım 1000 addıma yol açır" seçilib.

Sonda isə rəsmi şəxslər könüllülərin suallarına ətraflı cavablar veriblər.
Xəbəri paylaş