Arzuman Abdulkərimov: "Bu məsələyə məsul olan şəxslər sorğulanmalıdırlar"
Newscenter.az.26.04.2019. Formula 1-də baş verən qəza təxribat ola bilər.
Newscenter.az xəbər verir ki, belə bir ehtimalla "Hilal" təşkilatının sədri Arzuman Abdulkərimov çıxış edib. Təşkilat sədri hesab edir ki, sözügedən məsələ araşdırılmalıdır:
"Ona görə, bu məsələyə məsul olan şəxslər sorğulanmalıdırlar".
Qeyd edək ki, “Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib. Hadisə birinci sərbəst yürüş zamanı yaşanıb. “Uilyams” komandasının pilotu Corc Rassell idarəetməni itirib. Onun bolidi drenaj sisteminin yaxşı bərkidilməmiş hissəsinə çıxıb. Nəticədə bolidin alt hissəsində problem yaranıb və avtomobil evakuasiya olunub. Bu səbəbdən Corc Rassell də çıxışını dayandırıb. Həmçinin bolidin hissələri trasa səpələndiyindən yürüş dayandırılıb.
Qəzadan sonra Beynəlxalq Avtomobil Federasiyası drenaj sistemi qapaqlarını yoxlamağa qərar verib.