Newscenter.az.26.04.2019. Qarabağ danışıqlarında qarışıq ortam var. Ermənistan tərəfi substantiv danışıqlara hazır deyil. Danışıqlar ortamı tam bulanıqdı.
Demək, Ermənistan rəhbərliyi Qarabağ separatçılarını danışıqlar prosesində iştirakını israrla irəli sürməsi danışıqların nəticəsiz aparılmasına hesablanıb.. Bundan əlavə, maraq doğuran məqam odur ki, Rusiya "Lavrov planını" irəli sürür, ABŞ-da "Bolton planını" Ermənistanda separtçıların danışıqlarda təmsil olunmasını. Ortada konkret həll variantı görünmür. Təbii ki, bu kimi danışıqlar prosesində real nəticə gözləmək nümkün deyil.
Moskvada xarici işlər nazirlərinin görüşündə bir həll variantı, Parisdə Yerevanın Ermənistanın təklifi, Vaşinqtonda isə, digər təkliflər müzakirə olunur. İndiyə qədər masada olan "Yenilənmiş Madrid prinsiplərindən" heç söhbət getmir. Danışıqlarda rəsmi Bakı BMT-nin 822-ci qətnaməsi masa üzərinə gətirməlidir.
Ermənistanın XİN rəhbəri Z. Mnatsakanyan qeyd edir ki, Azərbaycan həmkarı ilə görüşlərdə heç bir sənəd üzrə danşıqlar aparılmır. Azərbaycan XİN konkret hansıhəll variantı üzrə danışıqlar aparılmasını ictimaiyyətə açıqlamalıdır.
Vaşinqtonda XİN rəhbərlərinin görüşü gözlənilir. Bu görüşə Ermənistan maraqlı deyil. Çünki, Vaşinqtonun təklifləri ərazi bütövlüyünü özündə ehtiva edir. Rəsmi Bakı çevik diplomatiyaya üstünlük verməli, BMT-nin qətnamələri əsasında danışıqlarda prinsipial olmalıdır.
Ərazilərin boşaldılmasından kənar, digər təşəbbüslər yalnız, status-kvonun qorunmasına hesablanıb. Bu qarışıq situasiya Yerevan-Moskva işbirliyinin nəticəsində yaranıb. Azərbaycan ABŞ-la sıx işləməli, Yerevan-Moskva işbirliyini zəiflətməlidir.
Məhəmməd Əsədullazadə, politoloq