
Cari ilin sonunda Türk Dövlətləri Təşkilatına üzv ölkə başçılarının iştirakı ilə 13-cü Türk Dünyası Zirvə Görüşü keçiriləcək.
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib. Türkiyə lideri bildirib ki, həmin zirvə görüşü zamanı quruma sədrlik Azərbaycandan Türkiyəyə keçəcək:
"Türk Dövlətləri Təşkilatı olaraq inkişaf edir, coğrafiyamız üçün önəmli qərarlar alırıq. Bundan sonra da təşkilat daxilində fəalıyyətimizi inkişaf etdirəcək, yeni əməkdaşlıq imkanları ortaya qoyacağıq".
Süleyman











































