
İranda SEPAH-a bağlı müəyyən siyasilər qeyd edir ki, Tehran müharibədə qalib olarsa, "Zəngəzur" dəhlizi -TRİPP layihəsinin qarşısını alacaq. Bu layihəni Türk Birliyi kimi təqdim edərək, İran üçün arzuolunmaz bir marşrut olaraq xarakterizə edirlər.
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, hakimiyyətdə qalmasını özünün qalibiyyəti hesab edən SEPAH qonşu ölkələrə qarşı yenidən təhdidlərlə danışır:
"Ötən gün Bəhreyni işğalla hədələyən rejimin sözçüləri bu gün "Zəngəzur" dəhlizini və Türk birliyini hədəfə alırlar. Bu rejimin mahiyyəti budur. Qonşularla normal münasibətlər sisteminə deyil, yalnız təzyiq etməklə öz mövqelərini diktə etməyə üstünlük verirlər. Qırx gün ərzində liderlər kadrosunu itirən və ölkənin hərbi infrastrukturu sıradan çıxarılan, hərbi donanması yox olmaqla yanaşı, ölkənin "olum ya ölüm" dilemması qarşısında olan rejimin yenidən dili açılıb".
Məhəmməd Əsədullazadə qeyd edib ki, "Zəngəzur" dəhlizi regional iqtisadi və nəqliyyat əməkdaşlığıdır:
"Regionda sülhə xidmət edir. İranın Zəngəzur dəhlizinə mane ola bilməsi yeni böhrana yol aça bilər. Öz ərəb qonşuları tərəfindən hərbi zərbələrə məruz qalan İranın şimal qonşuları ilə körpüləri yandırması Tehranın əleyhinə işləyə bilər".
Süleyman











































