Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Astanada Regional Ətraf Mühit Zirvəsi keçiriləcək

Astanada Regional Ətraf Mühit Zirvəsi keçiriləcək



Qazaxıstanda RES2026 Regional Ətraf Mühit Zirvəsi keçiriləcək.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, tədbir Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə baş tutacaq.

Regional Ətraf Mühit Zirvəsi 22-24 aprel tarixlərində Astanada keçiriləcək. BMT çərçivəsində yaradılan yeni dialoq platformasının məqsədi Mərkəzi Asiyanın davamlı inkişafı üçün ortaq bir vizyon formalaşdırmaq, iqlim və ətraf mühit problemlərinin öhdəsindən gəlmək üçün birgə həll yolları tapmaqdır.

Görüşdə bir sıra dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların liderləri iştirak edəcək.

Zirvə çərçivəsində 22 apreldə Prezident Kasım-Jomart Tokayevin sədrliyi ilə Beynəlxalq Aral Dənizinin Xilasetmə Fondunun təsisçi dövlət başçılarının görüşü də olacaq.

Süleyman
Xəbəri paylaş