Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hemofiliya valideynlərin genləri ilə ötürülən xəstəlikdir

Hemofiliya valideynlərin genləri ilə ötürülən xəstəlikdir


"Hemofiliya qanın laxtalanma sisteminin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Bu zaman hətta kiçik zədələr belə uzunmüddətli qanaxmalara səbəb ola bilər".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Pərvanə Vəliyeva 17 aprel – Ümumdünya Hemofiliya Günü ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. O qeyd edib ki, bu günün məqsədi hemofiliya və digər laxtalanma pozğunluqları haqqında cəmiyyətdə maarifləndirməni artırmaq, erkən aşkarlanma, zamanında və doğru müalicənin əhəmiyyətini vurğulamaqdır:

"Hemofiliya valideynlərin genləri ilə ötürülən xəstəlikdir. Yaxın qohumların nikahı ilə doğulan uşaqlarda hemofiliya riski yüksəkdir. Azərbaycan Respublikasının Milli Məclisində ötən il qəbul edilən qanunla yaxın qohum evliliklərinin qadağan edilməsi xəstəliyin artmasının qarşısını alacaq, sağlam genofonda öz töhfəsini verəcəkdir".

Deputat diqqətə çatdırıb ki, 2006-cı ildən indiyədək ölkəmizdə hemofiliya xəstələri dövlət qayğısı ilə dərman preparatları ilə təmin olunurlar:

"2005-ci ildə müvafiq Dövlət Proqramı qəbul olunub, bu xəstəlikdən ölüm halları xeyli azalıb.

2020-ci ildən etibarən dərman preparatları regional qan banklarına çatdırılır. Vətəndaşlar onlara yaxın olan qan banklarından həmin dərman preparatını əldə edə bilirlər".

Süleyman
Xəbəri paylaş