Newscenter.az.27.04.2019. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda "Mercedes Travego" markalı nəqliyyat vasitəsi saxlanılıb və avtomobili idarə edən Türkiyə Respublikasının vətəndaşı şifahi sorğu-sual edilib.
Newscenter.az DGK-ya istinadən xəbər verir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı avtomobilin yük yerindəki pilləkənin altında, gizli saxlanc yerində 3 ədəd metal qəlib, ümumulikdə 25 adda 21 qutu və 59 ədəd avtomobil ehtiyat hissəsi, 3,4 kq metal oxlar, 14 kq inşaat materialı və 5 kq tibbi ləvazimat aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.