Newscenter.az.1.05.2019. “Veysəloğlu” Şirkətlər Qrupu “Bir damla qan, qurtarılan bir can” adlı növbəti qanvermə askiyasını həyata keçirib.
Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən Newscenter.az-a bildirilib ki, aksiya 8 May “Beynəlxalq Talassemiya gününə” həsr olunub. Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara kömək məqsədilə keçirilən qanvermə aksiyasında “Veysəloğlu” MMC, “Ulduz” şokolad fabriki, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, həmçinin “Xonça” şirniyyat istehsalatının əməkdaşları fəal iştirak ediblər.
Qeyd edək ki, Respublika Mərkəzi Qan Bankının həkim heyətinin müşaiyəti ilə həyata keçirilən aksiyada hər il şirkətlər qrupunun yüzlərlə əməkdaşı donor qismində könüllü olaraq iştirak edir.