Newscenter.az.4.05.2019. 6 may tarixində Boulevard hoteldə 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərləri üçün seminar keçirəcək.
Newscenter.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirilib ki\, tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki iştirak edəcək. .
Həmin tarixdə saat 17.00-da isə Boulevard hoteldə nazir Azad Rəhimov və Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçkinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.