Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan diasporu Qərb ölkələrində düşmənə uduzur?

Azərbaycan diasporu Qərb ölkələrində düşmənə uduzur?


Newscenter.az.6.05.2019. Azərbaycan diasporu ilə işin aparılması elə bir həddə gəlib çatıb ki, biz bu sahədə düşmənlə nəinki mübarizə apara bilirik, qərb ölkələrində onlara açıq aşkar uduzuruq.

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov səsləndirib. O, qeyd edib ki, illərlə bu səhəyə ayrılan milyonlarla vəsaitdən sonra hər şeyə yenidən, sıfırdan start verilir:

"Ölkəmizin post-sovet məkanındakı diaspor numayəndələri arasında barışığa nail olmaq üçün çabalar göstərildiyi halda, bu gün düşmən ölkənin nümayəndələri "Artsakh" respublikası adı altında qərb ölkələrinin diplomatları ilə görüşlər və tədbirlər keçirir. Bizim diasporun başı isə hələ də bir-biri ilə çəkişmələrə qarışıb, bəzi qitələrdə isə artıq can vermək həddinə çatıb, sadəcə özünün xəbəri belə yoxdur bu halından".
Vaqif
Xəbəri paylaş