Newscenter.az.6.05.2019. Təhsil Nazirliyinin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin bir qrup şagirdinin Şamaxı Safari Parkına ekskursiyası təşkil olunub. Nazirlikdən Newscenter.az-a bildirilib ki, ekskursiyanın keçirilməsində məqsəd uşaq və gənclərin ekoloji sahədə maarifləndirilməsi, müxtəlif növ heyvan cinslərinin tanıdılması, nəsli kəsilməkdə olanların qorunması, onlara qayğının təbliği, müvafiq sahədə praktik biliklərin əldə edilməsindən ibarətdir.
Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, Təhsil Nazirliyi və Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə 2018-2019-cu tədris ilinin oktyabr, noyabr və aprel, may aylarında Bakı şəhərində yerləşən ümumtəhsil məktəbləri şagirdlərinin Şamaxı Safari Parkına həftədə bir dəfə ekskursiyalarının təşkili nəzərdə tutulub.
R.Mehdiyeva