Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 112 446 istehlakçıya xidmət edib

“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 112 446 istehlakçıya xidmət edib


Newscenter.az.7.05.2019. Cari ilin dörd ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 112 min 446 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

Newscenter.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.
Xəbəri paylaş