Newscenter.az.8.05.2019. Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş mərasim keçirildi.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli ulu öndər Heydər Əliyevin xatirəsinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda anıldığını bildirdi: “Bu tədbirlərin hər biri Azərbaycan xalqının ulu öndərə olan dərin minnətdarlığının rəmzidir. Bu minnətdarlıq hissi və dərin hörmət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında olan naliyyətləri və xilaskarlıq missiyası ilə bağlıdır”.
Rektor G. Gəraybəyli ummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin inkişafı yolunda həyata keçirdiyi siyasətin ayrı-ayrı istiqamətlərindən danışıb. Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda səhiyyənin inkişafına xüsusi diqqət göstərdiyini qeyd edib. Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyev fenomeni istər Azərbaycan tarixində, istərsə dünya tarixində dərin bir iz qoyub: “Onun dərin siyasi irsi, həyat yolu bu gün də tarixçilər tərəfindən öyrənilməkdədir. Həqiqətən də analiz etsək ki, görərik ki, Azərbaycan dövlətçiliyinin yaranmasında, ümumiyyətlə Azərbaycanın və xalqımızın həyatında elə bir sahə yoxudr ki, orada ulu öndərin fəaliyyəti, gərgin işinin nəticəsi olmasın. Heydər Əliyevin Azərbaycan tarixində müstəsna yeri var. Ulu Öndərin deyirdi ki, “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Əminliklə demək olar ki, bu gün biz məhz həmin tarixi yaşayırıq”.
Mərasimdə ATU-nun Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev, ATU-nun Ümumi və toksikoloji kimya kafedrasının müdiri professor Eldar Qarayev çıxış edərək milli liderin həyat yolu, tarixi qərarları haqqında danışıblar. Qeyd olunub ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
ATU-nun 2 müalicə profilaktika fakültəsinin 361a qrup tələbəsi Nərgiz Həbizadə sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətin gənclərə yönəlik siyasətindən danışıb.