Newscenter.az.8.05.2019. “Dünya Neft Şurası”nın 2023-cü ildə keçiriləcək 24-cü Dünya Neft Konqresinə ev sahibliyi etməsi üçün Bakının namizədliyi irəli sürülüb.
Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı energetika naziri Pərviz Şahbazov verib. Energetika nazirinin müavini Elnur Soltanov isə bildirib ki, 24-cü Dünya Neft Konqresinə namizəd 2019-cu ilin iyun ayında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçiriləcək növbəti iclası zamanı gizli səsvermə ilə müəyyən ediləcək.
Azərbaycanla yanaşı, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Argentina və Qazaxıstan da namizəd ölkələr sırasındadır.İclasda üzv ölkələrin dəstəyinin qazanılması üçün aparılan təbliğat işləri barədə söhbət açılıb.