Newscenter.az.8.05.2019. Energetika naziri Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib. Newscenter.az-a nazirlikdən daxil olan məlumata görə, qəbulda Bakı, Gəncə şəhərləri, Şəmkir, Astara, Biləsuvar, Xaçmaz rayonlarının sakinləri iştirak edib.
Vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, mənzilə qaz xəttinin çəkilməsi, işlə təminat və digər məsələlərlə bağlı olub.
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin struktur bölmələrinəvə məsul şəxslərinə tapşırıqlar verib. Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.