Newscenter.az.18.05.2019. Rusiya Azərbaycanlıları İttifaqının yeni seçilmiş prezidenti, xeyriyyəçi iş adamı Fizuli Məmmədov müalicəyə ehtiyacı olan Qarabağ qazilərinin qardaş ölkədə müalicəsinin təşkili üçün Türkiyəyə səfər edib.
Newscenter.az xəbər verir ki, paytaxt Ankarada olan Fizuli Məmmədov Qarabağ qazilərinin müvafiq tibb məıntəqələrinə yerləşdirilməsini təmin etdikdən sonra Anıtqəbirə gedərək Mustafa Kamal Atatürkün movzoleyini və Heydər Əliyev parkını ziyarət edib. Fizuli Məmmədov Heydər Əliyev parkındakı qoyulmuş Heydər Əliyevin heykəlini də ziyarət edib.