Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Radikalizmə qarşı mübarizədə avtobus turu keçirilir

Radikalizmə qarşı mübarizədə avtobus turu keçirilir


Newscenter.az.27.05.2019. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və PH International təşkilatının dəstəyi ilə reallaşan “Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri” layihəsi çərçivəsində 23-25 may tarıxıində Azərbaycan bölgələrinə “Bura Sənindir” şüarı ilə avtobus turu təşkil edib. Newscenter.az xəbər verir ki, turda məqsəd radikalizmə və eləcə radikal qruplara qarşı mübarizənin gücləndirilmək və bu sahədə əhalinin maarifləndirilmək olub.

CESD-nin sədri Vüqar Bayramov görüşlərin məqsədi barədə icma üzvlərini məlumatlandirib. Millət vəkili Tahir Mirkişili radikalizmə qarşı mübarizədə gənclərin roluna və eləcə də təhsil məsələlərinə xüsusi diqqət ayırıb.
Görüşlərdə İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrul radikalizmə qaşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.

Sosial Strateji Araşdırmalar Mərkəzinin sədri İlqar Hüseynli isə fərqli ölkələrin təcrübəsi və eləcə də icmalarin prosesdə rolu barədə ətraflı məlumat verib.

Leqal Təşəbbüslər Mərkəzinin sədri Ziya Quiyev də icmaların bu prosesdə rolunun artırılması məsələlərinə toxunaraq gender məsələlərinin nəzərə alınması vacibliyini bildirib.

Daha sonra hər bir görüşdə iştirakçıların fikirləri dinlənilmiş və onların sualları cavablandırılıb.
Xəbəri paylaş