Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu adam dünya siyasətində, beynəlxalq diplomatiyada heç kimdir

Bu adam dünya siyasətində, beynəlxalq diplomatiyada heç kimdir


Newscenter.az.31.05.2019. Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudor Qarabağ münaqişəsi ilə bağlı Milli Məclisdə keçirilən "Azərbaycan Avropa məkanında” adlı beynəlxalq konfransda dilə gətirdiyi "Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq" fikiri olduqca məkrli və uzaq hədəfə hesablanmış bir məqsəddən xəbər verir.

Məqsəd istər Azərbaycan hakimiyyətində, istərsə də Azərbaycan cəmiyyətində ümidsizlik sindromunu gücləndirmək, Qələbəyə olan inamımızı sarsıtmaq və bizi ümumiyyətlə müharibə fikrindən həmişəlik daşındırmaqdır. Biriləri bu cür təxribatçı fikirləri açıq şəkildə dilə gətirməklə, tirajlamaqla cəmiyyətimizdə psixoloji parçalanma, çaşqınlıq və başıpozuqluq yaratmağa çalışırlar. Əlbəttə, Afanasi Tyudor bu məkrli planda sadəcə kiçik bir vintcikdir, bir alətdir. O, bu oyunda əsas fiqur deyil. Onu danışdıranlar var. Düzdür, onu danışdıranların kim olduğunu, hansı ölkələr və hansı gizli güclərin olduğunu hələlik qəti şəkildə deyə bilmərik. Burda Qərbin də, Rusiyanın da dəst-xəttini sezmək mümkündür.

Ancaq danışanın da, danışdıranların da kim olmasından asılı olmayaraq, bizim öz torpaqlarımızın bir qarışından da vaz keçmək fikirimiz yoxdur. Biz o torpaqlar uğrunda qanımızı ondan ötrü axıtmamışıq ki, sonda da Afanasi Tyudor kimi düdüklər gəlib bizə nağıl danışsınlar və dolayısı yolla bizə "o torpaqlardan əl çəkin!" mesajını versinlər. Mən bu A.Tyudorun kimliyi ilə biraz ətraflı maraqlanmaq istədim. Bu adam dünya siyasətində, beynəlxalq diplomatiyada heç kimdir. Bu cür "marionetka"lar bizə yol göstərə bilməzlər.

Azərbaycan Silahlı Qüvvələri hər an müharibəyə hazır vəziyyətdədir. Afanasi Tyudor getsin öz Rumıniyasının qayğısına qalsın, Macarıstan və Moldova ilə sərhəd problemlərini yoluna qoymaq haqda düşünsün, Rumıniyanı qaraçı mafiyasının beşiyinə çevrilməkdən necə qurtarmaq barədə rumın hökumətinə təkliflər versin. Kimlərinsə bizə işğalçı deyib-deməyəcəyini isə biz özümüz bilərik. Afanasi Tyudor səhv edir, bizə işğalçı yox, qalib deyəcəklər!

Alisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədr
i
Xəbəri paylaş