Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzMİU-da yaz imtahan sessiyası başlayıb

AzMİU-da yaz imtahan sessiyası başlayıb


Newscenter.az.3.06.201
9. İyunun 3-dən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaz semestrinin imtahan sessiyasına start verilib. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, imtahan sessiyası iyulun 1-dək davam edəcək. İmtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə uyğun yazılı, test üsulu ilə və qabiliyyət tələb edən fənlər üzrə ənənəvi qaydada keçiriləcək. 2018-2019-cu tədris ilinin payız imtahan sessiyasını Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətəndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tənzimləyici əmr imzalayıb. Əmrə əsasən, yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə rektorun əmriylə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrup formalaşdırılıb.

İmtahan biletlərinin çap olunması, qruplar üzrə komplektləşdirilməsi və nəzarət qrupuna təqdimatı, yoxlama prosesinə nəzarət, şifrələrin açılması və s. üzrə yaradılan işçi qrupuna bakalavr səviyyəsi üzrə Tədris şöbəsinin baş müfəttişi Mehdi Soltanov, magistratura səviyyəsi üzrə Magistratura mərkəzinin rəhbəri Rövşən Səmədov rəhbərlik edəcək.

Nəzarət qrupuna yazılı imtahanlarda Tədris işləri üzrə prorektorun köməkçisi Şəfi Danyalov, test imtahanlarında isə Nigar Abbasova məsul şəxs kimi təyin olunublar.

Rektorun əmrində bildirilir ki, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb. AzMİU THTK-nın sədri Surxay Əliyev qərargahın rəhbəri təyin olunub.
İmtahan sessiyası dövründə birbaşa rektor Gülçöhrə Məmmədovanın özünün sədrliyi ilə yaradılmış Münaqişə komissiyasında imtahan bitdikdən sonra imtahanların nəticələri barədə onlayn şikayətlərə baxılacaq və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılacaq.
Xəbəri paylaş