Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilir

Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilir

Newscenter.az.3.06.2019. 5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ilə əlaqədar tədbirlər davam edir. Peşə bayramı ərəfəsindəGədəbəy Sukanal Sahəsinin yeni inzibati binasının açılışı olub. Newscenter.az-a “Azərsu” ASC-dən bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Gədəbəy Sukanal Sahəsinin yeni inzibati binasının açılış mərasimində çıxış edən Gədəbəy rayon icra hakimiyyəti başcısının birinci müavini Natiq Nağıyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və President İlham Əliyev tərəfindən davam etdirilən məqsədyönlü siyasət sahəsində bu gün bütün xidmət sahələrində olduğu kimi, əhalinin içməli su ilə təminatı sahəsində də bir çox uğurlar əldə olunub. Əhalinin keyfiyyətli və fasiləsiz işməli su ilə təmin edilməsi üçün paytaxt Bakı şəhəri ilə yanaşı bölgələrdə də əhaliyə yüksək səviyyədə xidmətlərin göstərilməsi məqsədi ilə müasir tələblərə cavab verən su-kanal idarələrinin inzibati binalarının tikintisi, içməli su ilə təchizat və kanalizasiya sisteminin yenidən qurulması bunu deməyə əsas verir. Bu gün açılışı olan Gədəbəy Sukanal Sahəsinin inzibati binası rayonun arxitekturasını gözələşdirməklə yanaşı əhaliyə xidmət etmək üçün hər cür şərait və avadanlıqlar ilə tam təmin edilib.

Regional Sukanal İdarəsinin rəisi Darvin Hüseynov bildirib ki, əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsində su təsərrüfatı işçilərinin böyük əməyi vardır. Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilməsi su təsərrüfatı işçilərinin əməyinə verilən qiymətdir. Respublikanın qərb bölgəsi əhatə edən 8 saylı Regional Sukanal İdarəsinin xidməti ərazisində içməli su təchizatı və kanalizasiya layihələri icra edilib. Ağstafa, Tovuz və Gədəbəy şəhərlərindən içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri başa çatdırılıb. Eyni zamanda Şəmkir şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir, Qazax şəhərində isə yeni layihənin icrasına başlanılıb. Qlobal istiləşmə və quraqlıq nəticəsində bəzi su mənbələrinin məhsuldarlığında baş vermiş dəyişiklikləri nəzərə alaraq Gədəbəy və Tovuz şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra edilib.

Əhaliyə yüksək xidmətin göstərilməsi məqsədilə Gədəbəy Sukanal Sahəsi üçün yeni inzibati bina tikilib. Ümumi sahəsi 220 kvadratmetr olan binada ulu öndər Heydər Əliyev guşəsi yaradılıb, işçi otaqları, İT otağı, iclas zalı, müştərilərin qəbulu üçün hər cür şərait yaradılıb. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Xəbəri paylaş