Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın beynəlxalq tərəfdaşlarının sayı artıb

Azərbaycanın beynəlxalq tərəfdaşlarının sayı artıb


Newscenter.az.4.06.2019. “Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib, ölkəmizin tərəfdaşlarının sayı artıb”.

Newscenter.az xəbər verir ki, bu fikirləri yap.org.az-a millət vəkili Sevinc Fətəliyeva səsləndirib. O, bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində qətiyyətli mövqeyini, prinsipial siyasətini davam etdirir:

“Son zamanlar beynəlxalq ictimaiyyət tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatların səsləndirilməsi, bu istiqamətdə mühüm sənədlərin qəbul olunması Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsini ifadə edir. Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına zidd olan iddiaları isə heç bir nəticə vermir, dünya ictimaiyyəti bu cür iddiaları qəbul etmir. Bütün hallarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil. Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Bu gün hərtərəfli inkişafımızda əldə etdiyimiz uğurlarla yanaşı, informasiya müstəvisində də aktivliyimiz müsbət mənada nəzərə çarpır. Bu, bizim informasiya məkanında əldə etdiyimiz uğurların və ölkə rəhbərinin düzgün, uğurlu siyasətinin nəticəsində mümkün olub”.
Xəbəri paylaş