Newscenter.az.11.06.2019. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) hesablamalarına əsasən, 2018-ci ildə dünyada bərpa olunan enerji mənbələri üzrə quraşdırılmış güc 2017-ci illə müqayisədə 7,86% artaraq 2350,756 GVt olub.
Newscenter.az.-a Energetika Nazirliyindən bildirilib ki, Azərbaycanda hazırda iri su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı gücü 1276 MVt-dır ki, bu da ümumi elektrik enerjisi istehsalı gücünün 18%-ni təşkil edir. Bundan 1135 MVt hidroenerjinin, 66 MVt külək enerjisinin, 37 MVt günəş enerjisinin, 38 MVt bioenerjinin payına düşür.