Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəqəmsal inkişaf prioritet istiqamətlərdən biri kimi qarşıya məqsəd qoyulub

Rəqəmsal inkişaf prioritet istiqamətlərdən biri kimi qarşıya məqsəd qoyulub


İnformasiya kommunikasiya texnologiyalarının çox sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu o deməkdir ki, müasir dövrdə texnoloji yeniliklər bütün sahələri idarə edən və formalaşdıran əsas qüvvədir. Bunların da mərkəzində rəqəmsallaşma dayanır. Rəqəmsallaşma yalnız texnologiyanın inkişafı deyil, eyni zamanda insanların dünya görüşü, baş verən hadisələrə fərqli formada yanaşma deməkdir.

Qlobal miqyasda baş verən hər bir yenilik, günümüzün reallıqlarına uyğun yeni texnologiyalardan istifadə, onun dövlət və cəmiyyət həyatında tətbiq edilməsi Azərbaycandan da yan keçməyib.

Azərbaycan günümüzün tələblərinə, yeni reallıqlara uyğun olaraq rəqəmsallaşmanı və süni intellektin tətbiqini prioritet istiqamət kimi qarşıya məqsəd qoyub. Son illərdə ölkədə bu istiqamətdə qəbul olunan sənədlər, həyata keçirilən infrastruktur layihələri və dövlət xidmətlərinin elektronlaşdırılması deyilənlərin sübutudur. Aydın şəkildə görürük ki, Azərbaycanda rəqəmsal transformasiya dövlət səviyyəsində dəstəklənir. 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası bunun əyani sübutudur. Məlumat üçün qeyd edək ki, strategiya ölkədə SI texnologiyalarının tətbiqini genişləndirməyi, innovasiya mühitini gücləndirməyi və məlumat əsaslı idarəetməni təşviq etməyi qarşıya məqsəd qoyur. Strategiya çərçivəsində dövlət idarəçiliyi, iqtisadiyyat, nəqliyyat, səhiyyə və təhsil sahələrində süni intellekt əsaslı həllərin tətbiqi planlaşdırılır.

Rəqəmsallaşmanın inkişaf etdirilməsi istiqamətində atılan əhəmiyyətli addımlardan biri də ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı üzrə yol xəritələrinin hazırlanmasıdır. Bu sənədlər ölkədə startap ekosisteminin gücləndirilməsi, innovasiya mədəniyyətinin formalaşdırılması, eləcə də qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılmasını özündə əks etdirir.

Azərbaycan qabaqcıl texnologiyaların tətbiqi baxımından nəinki region ölkələri, eləcə də aparıcı dövlətlərlə rəqabət aparacaq gücdədir. Elə bu səbəbdəndir ki, Azərbaycan regionda elektron hökumət sahəsində aparıcı ölkələrdən biri hesab olunur. Xüsusilə bu sırada ASAN Xidmət modeli və Elektron Hökumət Portalını qeyd etmək yerinə düşər. Məhz qeyd edilən bu xidmətlər vətəndaşlara sürətli, şəffaf və əlçatan xidmətlərin göstərilməsində mühüm rol oynayır. Son illərdə bu istiqamətdə atılan addımlar, həyata keçirilən tədbirlərə diqqət yetirsək görərik ki, elektron arayışlar, onlayn qeydiyyat sistemləri, rəqəmsal imza infrastrukturu və “myGov” platforması dövlət-vətəndaş münasibətlərində bürokratik əngəlləri azaldıb.

Lakın görülən işlərlə kifayətlənmək olmaz, çünki bunu zaman, meydana çıxan yeni texnologiyalar, yeni yanaşmalar tələb edir. Ona görə də zamanla ayaqlaşmaq, yeni texnologiyaları həyatımızın müxtəlif sahələrində tətbiqi istiqamətində addımlar atmaq, yaxud indiyə qədər görülən işləri günün tələblərinə uyğun inkişaf etdirmək, təkmilləşdirmək lazımdır. Elə bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə də bu məqsədə xidmət edirdi. Müşavirədə çıxışı zamanı dövlət başçısı haqlı olaraq bildirdi ki, rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək:

“Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir”.

Dövlət başçısının müşavirədə qarşıya qoyduğu mühüm vəzifələrdən biri də dövlət xidmətlərinin “mygov” üzərindən həyata keçirilməsi ilə bağlı oldu. Cənab Prezident haqlı olaraq bildirdi ki, dövlət xidmətləri “mygov” üzərindən, yəni vahid mərkəzdən həyata keçirilməlidir:

“Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin”.

Göründüyü kimi, Azərbaycanda rəqəmsallaşma və süni intellektin tətbiqi artıq sistemli inkişaf mərhələsinə qədəm qoyub. Paralel olaraq, kadr hazırlığı, normativ tənzimləmə və biznes sektorunun adaptasiyası istiqamətində əlavə addımların atılması zəruriliyi yaranıb ki, dövlət başçısı da müşavirədə bu istiqamətdə müvafiq tapşırıq və tövsiyələrini verdi.

Nəsib Məhəməliyev, Milli Məclisin deputatı
Xəbəri paylaş

Azərbaycan beynəlxalq dialoqun, sabitliyin və etimadın mühüm ünvanıdır

Azərbaycan beynəlxalq dialoqun, sabitliyin və etimadın mühüm ünvanıdır

Dünyanın diqqəti yenidən Bakıdadır. Paytaxtımız bu dəfə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünə ev sahibliyi edir. Asiyanın müxtəlif bölgələrini təmsil edən dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin və digər yüksək səviyyəli....

ADY-də qanvermə aksiyası keçirilib

ADY-də qanvermə aksiyası keçirilib

Dəmir yolu işçilərinin peşə bayramı münasibətilə ADY-də hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə növbəti qanvermə aksiyası keçirilib. Newscenter.az xəbər verir ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiya Respublika Qan Bankı ilə birgə təşkil....

AQEM çərçivəsində əməkdaşlıq region dövlətlərinin valyuta daxilolmalarını artırır

AQEM çərçivəsində əməkdaşlıq region dövlətlərinin valyuta daxilolmalarını artırır

Prezident İlham Əliyev Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşündə çıxış edib. Dövlət başçısı Azərbaycanın AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırdığını və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər....

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Anar....

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb. Anar....

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirovu təltif edib

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirovu təltif edib

Misirdə Pakistan İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Amir Şövkət, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri tədqiqatçı-alim Seymur Nəsirovu pakistanlı tələbələrə uzunillik dəstəyinə görə təltif edib. Newscenter.az xəbər verir....

Azərbaycan və Laos iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir

Azərbaycan və Laos iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir

Azərbaycanla Laos arasında münasibətlər uzun illər ərzində formalaşmış dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Diplomatik əlaqələrin 30 ildən artıq tarixə malik olması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və parlamentlərarası təmaslar ikitərəfli münasibətlərin siyasi təməlini....

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. Newscenter.az xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirildi. Azərbaycan....

Azərbaycanın artan siyasi nüfuzu ölkəmiz üçün yeni iqtisadi imkanlar da formalaşdırır

Azərbaycanın artan siyasi nüfuzu ölkəmiz üçün yeni iqtisadi imkanlar da formalaşdırır

İki fərqli məsələyə toxunmaq istəyirəm, birincisi AQEM-in ciddi problemləri, ikincisi isə Azərbaycanın bu təşkilat daxilindəki mövqeyi və sədrliyinin əhəmiyyətidir. Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, AQEM-in ən ciddi problemlərindən biri onun....

Deputat Mahir Süleymanlı qəbul keçirib

Deputat Mahir Süleymanlı qəbul keçirib

Milli Məclisin deputatı Mahir Süleymanlı oktyabrın 15-də “Şabran Peşə Məktəbi” Publik Hüquqi Şəxsin inzibati binasında vətəndaş qəbulu keçirib. Newscenter.az xəbər verir ki, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Görüşdə qaldırılan....

Azərbaycanın siyasi yolunda 23 ilin həlledici izləri

Azərbaycanın siyasi yolunda 23 ilin həlledici izləri

23 il bundan əvvəl, 2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin müasir siyasi tarixində yeni bir mərhələnin əsası qoyuldu. Həmin tarixdən başlayan dövr Azərbaycanın dövlətçilik salnaməsində mühüm yer tutdu. Bu 23 il ərzində ölkənin keçdiyi....

İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır. Newscenter.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib. "Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və....

AQEM-in zirvə görüşü Azərbaycana nə vəd edir?

AQEM-in zirvə görüşü Azərbaycana nə vəd edir?

"AQEM-in (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) zirvə görüşünün Azərbaycanda keçirilməsinin əhəmiyyəti təkcə diplomatik tədbirlə məhdudlaşmır. Bu ölkəmizin beynəlxalq mövqeyi, regiondakı rolu, xarici siyasəti və iqtisadi əlaqələri baxımından da əhəmiyyətlidir".....

Füzulinin dirçəlişi Azərbaycanın böyük quruculuq əzmini nümayiş etdirir

Füzulinin dirçəlişi Azərbaycanın böyük quruculuq əzmini nümayiş etdirir

Füzuli şəhərinin azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan Zəfər yolunun ən mühüm səhifələrindən biridir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində işğaldan azad edilən şəhər bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Bu gün Füzuli həm tarixi....

AQEM Zirvə Görüşünün Bakıda keçirilməsi Asiya ölkələri ilə əlaqələrin dərinləşdirilməsi baxımından əhəmiyyətlidir

AQEM Zirvə Görüşünün Bakıda keçirilməsi Asiya ölkələri ilə əlaqələrin dərinləşdirilməsi baxımından əhəmiyyətlidir

"Ölkəmizdə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşü Azərbaycanın beynəlxalq diplomatiyada mövqeyinin möhkəmləndirilməsi, Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi və regional proseslərdə iştirakının artırılması baxımından....

İşğal acısından Böyük Qayıdışın qüruruna

İşğal acısından Böyük Qayıdışın qüruruna

"Tarix yalnız təqvim vərəqlərindən ibarət deyil; elə tarixlər var ki, bir xalqın taleyini, milli mənliyini və dövlətçilik qüdrətini özündə təcəssüm etdirir. Füzuli rayonunun keçdiyi yol – 1993-cü ilin ağır işğal faciəsindən 2020-ci ilin Böyük Zəfərinə və bu gün yenidən dirçələn müasir həyata....

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. Newscenter.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayır. Anar....

Strateji tərəfdaşlığın zəfər üfüqləri

Strateji tərəfdaşlığın zəfər üfüqləri

Tarixi dostluq və sınaqdan çıxmış mütəfəkkir müttəfiqlik münasibətləri bəzən sadəcə diplomatik protokol çərçivəsində, qapalı zal danışıqlarında qalmaz. Elə tarixi anlar və strateji addımlar var ki, onlar dövlətlərin taleyinə, xalqların dostluğuna və bütöv bir regionun gələcək mənzərəsinə birbaşa....

Yevlaxda əmlak bazarında qiymətlər artıb

Yevlaxda əmlak bazarında qiymətlər artıb

Yevlaxda həyata keçirilən infrastuktur layhələri və quruculuq-abadlıq işləri şəhərin daşınmaz əmlak bazarında qiymətlərə də təsirsiz ötüşməyib. Newscenter.az-ın Yevlaxda daşınmaz əmlak satışı ilə məşğul olan bir neçə xırda sahibkara istinadən verdiyi məlumata görə, son 2-3 ay ərzində şəhərdəki....

Xarici siyasətimizin prioritet istiqamətləri

Xarici siyasətimizin prioritet istiqamətləri

Ölkə Prezidenti cənab İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet arasında keçirilən təkbətək və geniştərkibli rəsmi görüşlər, iki fərqli geosiyasi regionun strateji yaxınlaşma iradəsini ortaya qoydu. Danışıqların yekununda liderlərin kütləvi informasiya vasitələri qarşısında çıxış....