Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə sərnişin avtobusu maneələrə çırpılaraq yanıb, ölən və xəsarət alanlar var

Türkiyədə sərnişin avtobusu maneələrə çırpılaraq yanıb, ölən və xəsarət alanlar var



Türkiyənin Dənizli vilayətində sərnişin avtobusu maneələrə çırpıldıqdan sonra yanıb.

Newscenter.az-ın yerli mətbuata istinadən xəbər verir ki, hadisə Sarayköy rayonunda qeydə alınıb.

Belə ki, 41 nəfərin olduğu avtobus idarəetmədən çıxaraq maneələrə çırpılıb, zərbə nəqliyyat vasitəsində yanğına səbəb olub. Qəza nəticəsində 8 nəfər ölüb, daha 33 sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım xidməti, xilasedicilər, polis və jandarm əməkdaşları, habelə yanğınsöndürmə briqadası göndərilib.

Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.

Araşdırma aparılır.(report)
Xəbəri paylaş