Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi daim diqqət mərkəzindədir



Newscenter.az.19.06.2019
. “Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi gördüyümüz kimi daim diqqət mərkəzindədir. Söhbət məhz cənab Prezidentin diqqətindən gedir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, ölkəmizin iqtisadi gücü get-gedə artır:

“İqtisadi gücümüz artdıqca dövlət tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar da heç şübhəsiz ki, davamlı xarakter alır. Bunlar bir-birinə sıx bağlı məsələlərdir. Güclü iqtisadiyyatı olan bir ölkənin vətəndaşlarının gündəlik yaşayış səviyyəsinin yüksəlməsi, maaşların artması da tamamilə təbiidir”.

Partiya sədri deyib ki, prezident İlham Əliyevin müəllimlərin, dövlət qulluqçularının, hüquq-mühafizə orqanı əməkdaşlarının və hərbi qulluqçuların, digər xüsusi rütbəli şəxslərin maaşlarının artırılması barədə sərəncamları dövlətimizin siyasətinin təməlində insan amilinin, vətəndaşa qayğı hissinin dayandığını göstərir: “Ölkədə minimum əməkhaqqı 250 manata çatdırıldı. Ötən gün Prezident tərəfindən imzalanmış sərəncamlar ümumilikdə, 2 milyondan çox insanın sosial rifahına müsbət təsir göstərəcək. İlham Əliyev sözünün sahibi olan siyasətçilərdəndir. O, öz çıxışlarında minimum əməkhaqqı və pensiyaların artırılacağı barədə bir müddət öncə anonslar vermişdi. Budur, artıq həmin vədlərin icra olunduğunun şahidiyik. Biz bu kursun bundan sonra da davam etdiriləcəyinə əminik. Prezidentə isə həm təşəkkür edir, həm də uğurlar diləyirik”.
Xəbəri paylaş