Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ məsələsinin həlli dünyanın 1 nömrəli super-dövlətinin geopolitik prioritetləri sırasına daxil edilib



Newscenter.az.20.06.2019. “Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında keçiriləcək görüşdən gözləntilərimiz böyükdür”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunacaq:

“Düzdür, xarici işlər nazirlərinin görüşü əvvəlcədən planlaşdırılmışdı. Odur ki, öncə Moskvada, sonra isə Parisdə keçirilən və nəticəsiz bitən görüşlərdən sonra növbəti görüşün Vaşinqtonda baş tutacağı şəksiz idi. Həmsədr ölkələr təşəbbüsü əldən vermək və bir-birindən geri qalmaq istəmirlər. Bu mənada Qarabağ məsələsi həmsədr ölkələr arasında həm də yarış və yaxud, rəqabət predmetinə çevrilib. Bizə isə torpaqları işğala məruz qalmış bir ölkə kimi həmsədr ölkələrin "diplomatik marafon"u yox, real nəticə lazımdır”.

Partiya sədri deyib ki, hər dəfə danışıqların nəticəsiz bitməsi və Ermənistan tərəfinin qeyri-konstruktiv, pozucu mövqe tutaraq status-kvonu qoruyub saxlamağa çalışması rəsmi Bakını əsla qane etmir:

“Bunu həmsədrlər də yaxşı bilir. Nəzəri olaraq yanaşsaq, bugünkü Vaşinqton görüşü Dağlıq Qarabağ məsələsinin həlli prosesində müəyyən qədər dönüş yarada bilər. Çünki son vaxtlar Tramp administrasiyasının Dağlıq Qarabağ müünaqişəsi ilə bağlı mövqeyində aktivlik və təşəbbüskarlıq hiss olunmağa başlayıb. Xüsusən də, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistan və Azərbaycan arasındakı münaqişənin nizamlanması istiqamətində diplomatik fəallıq göstərməsi onu deməyə əsas verir ki, Qarabağ məsələsinin həlli dünyanın 1 nömrəli super-dövlətinin geopolitik prioritetləri sırasına daxil edilib. Ümid edirik ki, bugünkü görüş görüş xatirinə görüş olmayacaq”.
Xəbəri paylaş