Newscenter.az.20.06.2019. Yaxın günlərdə Rusiya Azərbaycanlıları İttifaqının saytı istifadəyə veriləcək. Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri Anar Həsənov verib.
Anar Həsənov Rusiya Azərbaycanlıları İttifaqı barədə sosial şəbəkələrdə yayılan xəbərlərə etik normalara zidd şərhlərin yazılmasına da toxunub və belə hallara qarşı tədbirlərin görüləcəyini istisna etməyib:
"Rusiya Azərbaycanlıları İttifaqının informasiya materiallarına şərh yazarkən etik normalara riayət etməyinizi xahiş edirik. Naməlum akkauntların normativ leksikadan kənar şərhləri operativ şəkildə bloklanacaq. Yuxarıdakı müraciətə riayət etməyən akkauntlarla bağlı Feysbuk administrasiyasına şikayət ediləcək. Təşkilatın mətbuat xidməti tərəfindən hüquq-mühafizə orqanlarına müraciət də istisna edilmir".